AZ    EN
logo

2011-ci ilin iyul ayında istehlak bazarında qiymətlərin dəyişməsi haqqında

02.08.2011

2011-ci ilin iyul ayında istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,8 faiz ucuzlaşmışdır. Ay ərzində ərzaq məhsullarının qiymətləri 1,6 faiz ucuzlaşmış, qeyri-ərzaq mallarının qiymətləri 0,1 faiz bahalaşmış, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri isə əvvəlki ayla eyni səviyyədə qalmışdır. Ötən ay ərzaq məhsullarından unun, qarabaşaq yarmasının, təzə balığın, pasterizə olunmamış və sterelizə olunmuş üzlü südün, limonun, bananın, almanın, armudun, alçanın, albalının, gilasın, şaftalının, əriyin, qarpız və yemişin, kələmin, xiyarın, pomidorun, bibərin, badımcanın, göyərtinin, göy lobyanın, soğanın, kartofun qiyməti ucuzlaşmışdır. Eyni zamanda ay ərzində ucuzlaşma ilə yanaşı bəzi ərzaq məhsullarının qiymətlərində bahalaşma da müşahidə olunmuşdur ki, bu əsasən mal və qoyun ətinin, toyuq və toyuq budunun, düyünün, manna yarmasının, vermişel və makaronların, xamanın, yumurtanın, kərə yağının, şəkər və şəkər tozunun, kökün, sarımsağın, günəbaxan və qarğıdalı yağlarının, şabalıdın qiymətlərində qeydə alınmışdır. İyul ayında qeyri-ərzaq mallarından inşaat materiallarından kəsilmiş taxtaların, ağac yonqar və lifli lövhələrin, kərpicin, sementin, parketin, mebellərdən mətbəx üçün mebel dəstinin, kətilin, yataq mebel dəstinin qiymətləri bahalaşmışdır. Bahalaşma ilə yanaşı ay ərzində qeyri-ərzaq mallarının qiymətlərində ucuzlaşma da müşahidə olunmuşdur ki, bu da əsasən geyim və ayaqqabıların qiymətlərində müşahidə olunmuşdur. Bundan əlavə inşaat materiallarından su tənzimləyici cihazların, parket üçün lakın, vannaların, məişət avadanlıqlarından paltaryuyan maşınların, qızdırıcıların, tozsoranların qiymətləri də ucuzlaşmışdır.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim