AZ    EN
logo

2011-ci ilin birinci yarısında nəqliyyat, informasiya və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əmək haqqı barədə

28.07.2011


Cari ilin yanvar-iyun aylarında nəqliyyat müəssisələrində işləyən 64,0 min nəfər muzdlu işçinin dörddə üç hissəsi dövlət müəssisələrində, dörddə bir hissəsi özəl bölmədə çalışmışdır. İşçilərin 55,5 faizi yerüstü və boru kəməri, 14,7 faizi su, 8,2 faizi hava nəqliyyatı, 21,7 faizi isə köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrdə cəmləşmişdir.
2010-cu ilin yanvar-iyun ayları ilə müqayisədə nəqliyyatçıların orta aylıq əmək haqqı 19,1 faiz artaraq 428,6 manat olmuşdur. Bu göstərici hava nəqliyyatında 899,1 manat, dəniz nəqliyyatında 551,7 manat, avtomobil nəqliyyatında 429,4 manat, dəmir yolu nəqliyyatında isə 194,4 manat təşkil etmişdir. Əmək haqqı hava nəqliyyatında 32,9 faiz, avtomobil nəqliyyatında 20,4 faiz, dəniz nəqliyyatında 5,2 faiz, dəmir yolunda isə 2,7 faizlik artımla müşahidə olunmuşdur.
İnformasiya və rabitə müəssisələrində işləyənlərin sayı 24,5 min nəfər, bir işçinin orta aylıq əmək haqqı isə 10,3 faiz artaraq 576,0 manat olmuşdur.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim