AZ    EN
logo

2011-ci ilin birinci yarımilliyində sənayenin işi haqqında

20.07.2011

Ölkənin sənaye sahələrində birinci yarımillikdə 15,6 milyard manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir. Sənaye məhsulunun 76,4 faizi mədənçıxarma bölməsində, 17,7 faizi emal bölməsində, 5,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunmuşdur. Altı ay ərzində neft hasilatı 23,9 milyon ton, təbii qaz hasilatı isə 12,9 milyard kub-metr təşkil etmiş, qeyri-neft bölməsinin məhsullarından qiymətli metalların, qida məhsullarının, kimya sənayesi məhsullarının, elektrik enerjisinin, avtomobillərin, elektrik avadanlıqlarının və s. məhsulların istehsalında daha çox artım müşahidə olunmuşdur. Özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 79,5 faizini təşkil etmiş, ümumi istehsalın 91,9 faizi sənaye mallarının (əmtəələrin), 8,1 faizi isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaradılmışdır.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim