AZ    EN
logo

2011-ci ilin yanvar-iyun aylarında yeni yaradılmış hüquqi və fiziki şəxslərin sayı haqqında

18.07.2011


2011-ci yanvar-iyun ayları ərzində hüquqi və fiziki şəxslərin sayı artmaqda davam etmiş və 2841 hüquqi şəxs qeydiyyatdan keçmişdir ki, onların da 209-u dövlət mülkiyyətinə, 2354-ü xüsusi mülkiyyətə, 205-i tam xarici investisiyalı, 69-u isə birgə müəssisələrə aid olmuşdur.
Yeni müəssisələrin 50,7 faizi Bakıda, 10,6 faizi Aran, 7,8 faizi Abşeron və 7,1 faizi Lənkəran iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçmişdir.
Azərbaycan Respublikası Vergilər Nazirliyinin məlumatına əsasən, 2011-ci ilin yanvar-iyun aylarında 26238 fiziki şəxs qeydiyyatdan keçmişdir. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər daha çox Bakıda, Aran, Gəncə-Qazax, Lənkəran, Abşeron və Şəki-Zaqatala iqtisadi rayonlarında qeydiyyata alınmışdır.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim