AZ    EN
logo

2011-ci ilin iyun ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi

18.07.2011


İyun ayında diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətlərinin 3,5 faiz artması nəticəsində satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,1 faiz bahalaşmışdır. Bahalaşma ilə yanaşı ay ərzində bitkiçilik məhsullarından birillik bitkilərin istehsalçı qiymətləri 2,8 faiz ucuzlaşmış, çoxillik bitkilərin istehsalçı qiymətləri isə əvvəlki ayla müqayisədə eyni səviyyədə qalmışdır.
Birillik bitkilərdən buğdanın istehsalçı qiymətləri 1,7 faiz, qabıqdan çıxarılmış, qurudulmuş paxlalı tərəvəzlərin 4,6 faiz, kələmin 1,5 faiz, soğanın 8,2 faiz, kartofun 1,6 faiz, pomidorun və xiyarın müvafiq olaraq 7,5 və 1,0 faiz, quru otun istehsalçı qiymətləri isə 5,5 faiz ucuzlaşmışdır. Bununla yanaşı ay ərzində qarğıdalının istehsalçı qiymətlərində 9,5 faiz, göyərtilərin 1,2 faiz, süfrə çuğundurunun 3,1 faiz, göy soğanın istehsalçı qiymətlərində 0,6 faiz bahalaşma müşahidə olunmuşdur.
Çoxillik bitkilərdən limonun istehsalçı qiymətləri 0,8 faiz, armudun 0,4 faiz, albalının 33,5 faiz, alçanın 24,0 faiz, çiyələyin 0,6 faiz, fındığın istehsalçı qiymətləri isə 1,8 faiz ucuzlaşmışdır.
Diri heyvanlar və heyvandarlıq məhsullarından iri-buynuzlu mal-qaranın istehsalçı qiymətləri 3,2 faiz, inəyin 0,4 faiz, erkək buzovun 0,9 faiz, ana qoyunun 0,3 faiz, inək südünün istehsalçı qiymətləri 16,2 faiz bahalaşmış, camışın istehsalçı qiymətləri 1,3 faiz, bir yaşdan yuxarı quzunun 3,4 faiz, camış südünün 1,4 faiz, toyuq yumurtasının 8,2 faiz, qırxılmış yuyulmamış yunun istehsalçı qiymətləri isə 0,8 faiz ucuzlaşmışdır.
İyun ayı ərzində balıq və sair balıqçılıq məhsullarından diri balığın istehsalçı qiymətlərində 2,0 faiz bahalaşma müşahidə olunmuşdur.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim