AZ    EN
logo

Meşəbərpa tədbirlərinin aparılması haqqında

09.02.2022, 12:00

Ölkədə meşə sahələrinin seyrəkləşməsinin və azalmasının, torpaqların eroziyası və təbii biosenozların yoxa çıxması təhlükəsinin qarşısının alınması və bütövlükdə ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə 2021-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən 9328,2 hektar meşə fondu sahələrində meşəbərpa tədbirləri həyata keçirilmişdir. Görülmüş tədbirlər çərçivəsində 512,2 hektar sahədə meşə əkinləri, 197 hektar sahədə meşə səpinləri işləri aparılmış, 64 hektar sahədə meşə-bağlar, 5 hektar sahədə tez böyüyən ağac cinslərindən ibarət sənaye əhəmiyyətli plantasiyalar salınmış və 8550 hektar sahədə təbii bərpaya kömək göstərilmişdir. Ümumilikdə xidmət göstərilmiş meşə əkinlərinin, səpinlərinin və meşə-bağlarının sahəsi 18762,5 hektar təşkil etmişdir.

Bundan başqa, səpin sahələrində 14,3 hektar sahəyə toxumlar səpilmiş, 3,8 hektar çilik kökləndirməsi sahələrinə 185 min ədəd çilik basdırılmışdır.

2021-ci ildə meşə fondu sahələrindən 45,7 ton meyvə və meşə ağac toxumları tədarük edilmişdir ki, bunların da 2,5 tonu qoz, 0,3 tonu badam, 0,6 tonu digər meyvə ağaclarının, 38,3 tonu palıd, 4,0 tonu digər meşə ağacları toxumlarının payına düşmüşdür.

Əlaqə telefonu: 377 10 70 (22-40) 

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim