AZ    EN
logo
Son yenilənmə: 11.10.2023
14–29 yaşda olan gənclərin cins və yaş qrupları üzrə bölgüsü 14–29 yaşda olan gənclərin cins bölgüsündə milli (etnik) tərkibi Reproduktiv yaşda olan qadınlar Əhalinin təkrar istehsalının əmsalları və doğum zamanı ananın orta yaşı Doğumun yaş əmsalları Doğulan uşaqların sayına görə 15–29 yaşda olan qadınların sayı 20 yaşadək qadınlar tərəfindən doğulan uşaqların sayı 15–29 yaşda olan gənc qadınlar tərəfindən diri doğulan uşaqlar 2022-ci ildə 15–29 yaşda olan gənc qadınlar tərəfindən diri doğulan uşaqların doğumun ardıcıllığına görə bölgüsü Rəsmi qeydə alınmış nikahda olan 15–29 yaşda gənc qadınlar tərəfindən diri doğulan uşaqların sayı 2022-ci ildə rəsmi qeydə alınmış nikahda olan 15–29 yaşda gənc qadınlar tərəfindən diri doğulan uşaqların doğum ardıcıllığına görə bölgüsü Rəsmi qeydə alınmamış nikahda olan 15–29 yaşda gənc qadınlar tərəfindən diri doğulan uşaqların sayı 2022-ci ildə rəsmi qeydə alınmamış nikahda olan 15–29 yaşda gənc qadınlar tərəfindən diri doğulan uşaqların doğum ardıcıllığına görə bölgüsü Rəsmi qeydə alınmamış nikahda olan 15–29 yaşda gənc qadınlar tərəfindən diri doğulan uşaqların sayı Gözlənilən ömür uzunluğu 15–29 yaşda ölənlərin cins və yaş qrupları üzrə bölgüsü 15–29 yaşda ölənlərin cins və yaş qrupları üzrə ölüm əmsalları Səbəblər üzrə 15–29 yaşda ölənlərin cins bölgüsü Rəsmi qeydə alınmış nikaha daxil olan əhalinin orta yaşı Bəy və gəlinin nikaha daxil olma yaşlarına görə nikahların sayı 15–29 yaşda olan əhalinin nikah vəziyyətinə görə sayı 2022-ci ildə cins, yaş və əvvəlki nikah vəziyyətinə görə nikahların sayı 2022-ci ildə 15–29 yaşda olan bəy və gəlinin yaş qruplarına və qohumluq əlaqələrinə görə nikahların sayı 15–29 yaşda olan boşanmış gənclərin cins və yaş qrupları üzrə bölgüsü 2022-ci ildə 15–29 yaşda olan boşanmış gənclərin yaş qruplarına və nikahlarının davametmə müddətinə görə bölgüsü İqtisadi rayonlar və inzibati ərazi vahidləri üzrə 14-29 yaşda olan gənclərin sayı İqtisadi rayonlar və inzibati ərazi vahidləri üzrə 14-29 yaşda olan gənclərin ümumi əhalidə xüsusi çəkisi 2023-cü ilin əvvəlinə iqtisadi rayonlar və inzibati ərazi vahidləri üzrə 14–29 yaşda olan əhalinin cins üzrə bölgüsü 2022-ci ildə Azərbaycana daimi yaşamaq üçün xarici ölkələrdən gələn və Azərbaycandan daimi yaşamaq üçün gedən 15–29 yaşda olan gənclərin ölkələr üzrə bölgüsü 15–29 yaşda olan əhalinin gəlir mənbələri üzrə bölgüsü Metodoloji izahlar
Nəşrlərin elektron versiyası
Azərbaycan Respublikasının “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” 5 may 2007-ci il tarixli Qanununa əsasən Azərbaycanda gənclər 14-29 yaşlarında hesab edilir.
Ölkə əhalisinin 22,1 faizini təşkil edən gənclərə qayğı dövlət siyasətinin mühüm tərkib hissəsidir. 2002-ci ildə “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş, 2005, 2011 və 2017-ci illərdə “Azərbaycan gəncliyi Dövlət Proqram”ları, 2015-ci ildə isə “2015–2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” təsdiq edilmişdir.
Gənclərin problemlərinin ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu, milli siyasətin prioritet məsələlərindən birinə çevrildiyini nəzərə alaraq və gənclər haqqında statistik məlumatlarla müvafiq qurumları və ictimaiyyəti təmin etmək məqsədi ilə Dövlət Statistika Komitəsi mütəmadi olaraq “Azərbaycan gəncləri” adlı statistik məcmuə hazırlayır və nəşr edir.
“Azərbaycan gəncləri – 2022” adlı statistik məcmuə aşağıdakı bölmələrdən ibarətdir: “Demoqrafik göstəricilər”, “Sağlamlığın qorunması”, “Təhsil və elm”, “Məşğulluq və işsizlik”, “Asudə vaxt”, “Gənc ailələrdən ibarət olan ev təsərrüfatları” və “Hüquqpozmalar”.
"Demoqrafik göstəricilər" bölməsində gənclərin cins və yaş qrupları üzrə bölgüsü, cins üzrə milli tərkibi, əhalinin təkrar istehsalının və doğumun yaş əmsalları, anaların yaşına görə diri doğulanlar, anaların yaşı və doğum ardıcıllığına görə diri doğulan uşaqlarının sayı, rəsmi qeydə alınmış və alınmamış nikahda olan qadınların yaş qruplarına görə diri doğulan uşaqlarının sayı, gözlənilən ömür uzunluğu, həmçinin ölənlərin cins və yaş qrupları üzrə bölgüsü, nikahlar, boşanmalar, miqrasiya və s. haqqında məlumat verilir.
“Sağlamlığın qorunması” bölməsində gənclərin əsas xəstəlik sinifləri üzrə xəstələnməsi, onların cins və yaş qrupları üzrə bədxassəli şişlərlə, aktiv vərəmlə, zöhrəvi xəstəliklərlə, alkoqolizm, narkomaniya və toksikomaniya ilə xəstələnməsi, abortların yaş qrupları üzrə bölgüsü, ilk dəfə əlilliyi müəyyən edilmiş gənclərin əsas xəstəliklər üzrə bölgüsü, idman qurğuları, Azərbaycan idmançıları tərəfindən qazanılmış medallar, idman seksiyalarında ayrı-ayrı idman növləri ilə məşğul olanlar barədə məlumat verilir.
“Təhsil və elm” bölməsində əhalinin təhsil səviyyəsi, orta ixtisas və ali təhsil müəssisələrində tələbələrin sayı, doktorantların sayı və elmi müəssisələrdə tədqiqatçıların sayı haqqında məlumat verilir.
“Məşğulluq və işsizlik” bölməsində əhalinin iqtisadi fəallığına dair statistik müayinələrin məlumatlarına əsasən iqtisadi fəal əhali, məşğul və işsiz əhalinin cins, təhsil səviyyəsi və yaş qrupları üzrə bölgüsü, iqtisadi qeyri-fəal əhalinin cins və yaş qrupları üzrə bölgüsü, dövlət məşğulluq agentliyinin yerli qurumları tərəfindən işə düzəldilmiş və işsiz statusu verilmiş gənclərin sayı haqqında məlumat verilir.
“Asudə vaxt” bölməsində kütləvi kitabxanaların və konsert müəssisələrinin işinin əsas göstəriciləri, muzeylərin, klub tipli mədəniyyət müəssisələrinin, peşəkar teatrların, mədəniyyət və istirahət parklarının sayı, filmlərin istehsal olunduğu ölkələr üzrə bölgüsü, asudə vaxt obyektlərinə gələnlərin sayı və s. haqqında məlumat verilir.
“Gənc ailələrdən ibarət olan ev təsərrüfatları” bölməsində ölkənin regionları üzrə 30 yaşadək ər–arvaddan ibarət olan ev təsərrüfatlarının sayı, ev təsərrüfatı başçısının yaşı 30-a qədər olan ev təsərrüfatlarında istehlak xərcləri, uzun müddət istifadə olunan əşyaların mövcudluğu, evlərin (mənzillərin) formasına və yaşayış evlərinin növünə və otaqların sayına görə bölgüsü, eləcə də gənclərin gün ərzində orta vaxt sərfi haqqında məlumat verilir. /> “Hüquqpozmalar”bölməsində cinayətin fəsilləri və növləri üzrə, narkotik vasitələr və güclü təsiredici maddələrlə bağlı cinayət törətmiş 14-29 yaşda olan gənclərin sayı haqqında məlumatlar öz əksini tapmışdır.
Məlumatlardan istifadə edərkən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə istinad etmək lazımdır.

Xüsusi işarələr:
« - » hadisə baş verməmişdir;
« ... » məlumat mövcud deyil;
« 0.0 » məlumat çox kiçik rəqəmlə xarakterizə olunur ;
« x » müqayisə mümkün deyil .

Qeydlər:
- bəzi hallarda yekunla toplananların cəmi arasındakı fərq rəqəmlərin yuvarlaqlaşdırılması ilə izah olunur
- bəzi hallarda əvvəlki dövrlərdə nəşr edilmiş məlumatlarla cari nəşrdə həmin dövrlərə aid məlumatlar arasında yaranan fərq beynəlxalq praktikaya uyğun olaraq son statistik hesabatlar əsasında operativ məlumatlarda aparılan dəqiqləşdirmələrlə izah olunur

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim