Müsabiqədə iştirak etmək üçün namizədlər kompüterdə sərbəst və sürətli işləmək bacarığına malik olmalı və Dövlət Statistika Komitəsinin
rəsmi internet səhifəsinin
https://www.azstat.org/SQ_2019_Anket/
linkində yerləşdirilmiş elektron ərizə-anket formasını doldurmaqla 2019-cu il noyabr ayının 30-dək qeydiyyatdan keçməlidirlər.
Tələblərə cavab verən namizədlər dekabr ayında təlimlərə cəlb olunacaq və təlimlərin yekunu üzrə qiymətləndirmədə daha yüksək nəticə
göstərmiş 251 şəxslə 2020-ci ilin ilk iş günündən etibarən 504 manat məbləğində əmək haqqı ilə (vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr daxil
olmaqla) bir illik əmək müqaviləsi bağlanacaqdır.
Əlaqə telefonları:
012 538 86 63 012 539 82 04
Elektron poçt: sq2019@stat.gov.az