AZ    EN
logo
2023-cü ilin yanvar-sentyabr aylarında 1204 yol-nəqliyyat hadisəsi baş vermişdir.2023-cü ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-oktyabr aylarına nisbətən 110,2 faiz təşkil etmişdir.2023-cü il oktyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1719,8 min nəfər olmuşdur.2023-cü ilin yanvar-oktyabr aylarında əsas kapitala 14258,0 milyon manat məbləğində vəsait yönəldilmişdir.2023-cü ilin yanvar-oktyabr aylarında 55,6 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir.2023-cü ilin yanvar-oktyabr aylarında ölkədə 100,9 milyard manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur.2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasına dünyanın 184 ölkəsindən 1535,8 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.2023-cü ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət dövriyyəsi 3,3 faiz artmışdır.2023-cü ilin yanvar-avqust aylarında ölkənin xarici ticarət dövriyyəsi 29989,2 milyon ABŞ dolları təşkil etmişdir.2023-cü ilin yanvar-avqust aylarında 45,1 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir.2023-cü ilin əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,2 faizini qadınlar təşkil etmişdir2022-ci ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 51420,6 min ton olmuşdur.2022-ci ildə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2647,1 min olmuşdur.
image

Azərbaycan və Koreyanın statistika qurumları arasında əməkdaşlıq davam edəcəkdir

23.09.2022, 09:52

2022-ci il 19-23 sentyabr tarixlərində Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin bir qrup əməkdaşı Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 11 fevral tarixli 930 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Koreya Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” əsasında Koreya Statistika Komitəsi (KOSTAT) ilə birgə həyata keçirilən növbəti “İnteqrasiya olunmuş inzibati məlumat bazalarının idarə olunması sisteminin yaradılması” layihəsi çərçivəsində Koreyaya səfər ediblər. Səfər zamanı Memorandumdan irəli gələn əməkdaşlıq məsələləri, layihənin icrası ilə bağlı görülmüş işlər və ötən dövr ərzində əldə olunmuş nailiyyətlər müzakirə olunub, eyni zamanda inzibati məlumatlarla bağlı hüquqi əsaslar, bu sahədə işlərin təşkili, məlumat təchizatçıları ilə əlaqələndirmə, inzibati məlumatların əldə edilməsi və statistik məlumat bazalarına inteqrasiyası, emalı və rəsmi statistikada istifadəsi, bununla əlaqədar tətbiq olunan proqram təminatları, inzibati məlumatlar statistikası sisteminin idarə olunması ilə bağlı Koreya təcrübəsi barədə məlumat verilib.  

Dövlət Statistika Komitəsinin nümayəndələri ilə görüşən KOSTAT-ın sədri Han Hun qeyd edib ki, Dövlət Statistika Komitəsi ilə KOSTAT arasında 2018-ci ildə qurulmuş ikitərəfli əməkdaşlıq uğurla davam etdirilir. Ötən dövrdə həyata keçirilmiş layihələrin vaxtında və keyfiyyətlə icra olunması, iki qurum arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması hazırkı layihənin başlanması üçün yaxşı zəmin yaratmışdır. KOSTAT-ın təcrübəsi əsasında “Azərbaycanın Statistik İnformasiya Xidməti – ASİS” statistik məlumatların yayım sisteminin yaradılması və həyata keçirilmiş digər fəaliyyətlər statistikanın inkişafı ilə yanaşı, bu il diplomatik münasibətlərinin qurulmasının 30 illiyini qeyd edən Koreya və Azərbaycan respublikaları arasında əməkdaşlıq əlaqələrinin daha da genişlənməsinə töhfə verir.

Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov bildirib ki, beynəlxalq standartların tətbiqində təcrübə və informasiya mübadiləsinin aparılmasını, statistik istehsal prosesində müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqini, son yeniliklərin və təcrübələrin bölüşülməsini, kadr potensialının gücləndirilməsi ilə bağlı qarşılıqlı fəaliyyətlərin həyata keçirilməsini daim öz fəaliyyətində prioritet hesab edən Komitə üçün KOSTAT ilə əməkdaşlıq statistik informasiya sisteminin yaradılması, xüsusilə məlumatların yayımı sahəsində  yeni imkanlar yaratmışdır. O, həyata keçirilmiş layihələrin, eyni zamanda statistik kadr potensialının gücləndirilməsi məqsədi ilə sosial-iqtisadi statistika və informasiya texnologiyaları mövzusunda təlimlərin təşkilinin, statistik təlim modullarının hazırlanmasının, Dövlət Statistika Komitəsində təlim otağının və studiyasının yaradılmasının Azərbaycanda statistik kadr potensialının gücləndirilməsinə müsbət təsir göstərdiyini diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2019-cu ildə Bakı şəhərində icrası başa çatmış layihələrin yekunlarına həsr olunmuş konfransda iştirak etmək üçün ölkəmizdə səfərdə olmuş KOSTAT-ın sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etməsi iki qurum arasında qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi üçün mühüm amil olub.

Daha sonra “İnteqrasiya olunmuş inzibati məlumat bazalarının idarə olunması sisteminin yaradılması” layihəsi çərçivəsində qarşıda duran məsələlər barədə fikir mübadiləsi aparılıb, eyni zamanda növbəti ildə statistik təhlillərin aparılmasında müasir tətbiqi proqram paketlərinin tətbiqi və yerli statistika orqanlarının işçilərinin bilik və bacarıqlarının artırılması ilə bağlı təlim səfərlərinin təşkilinə dair yeni layihə təklifləri müzakirə edilib. 

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim