AZ    EN
logo
2023-cü ilin yanvar-sentyabr aylarında 1204 yol-nəqliyyat hadisəsi baş vermişdir.2023-cü ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-oktyabr aylarına nisbətən 110,2 faiz təşkil etmişdir.2023-cü il oktyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1719,8 min nəfər olmuşdur.2023-cü ilin yanvar-oktyabr aylarında əsas kapitala 14258,0 milyon manat məbləğində vəsait yönəldilmişdir.2023-cü ilin yanvar-oktyabr aylarında 55,6 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir.2023-cü ilin yanvar-oktyabr aylarında ölkədə 100,9 milyard manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur.2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasına dünyanın 184 ölkəsindən 1535,8 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.2023-cü ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət dövriyyəsi 3,3 faiz artmışdır.2023-cü ilin yanvar-avqust aylarında ölkənin xarici ticarət dövriyyəsi 29989,2 milyon ABŞ dolları təşkil etmişdir.2023-cü ilin yanvar-avqust aylarında 45,1 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir.2023-cü ilin əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,2 faizini qadınlar təşkil etmişdir2022-ci ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 51420,6 min ton olmuşdur.2022-ci ildə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2647,1 min olmuşdur.
image

“Şərq tərəfdaşlığı vasitəsilə statistika (STEP)” layihəsi çərçivəsində “İşçi qüvvəsinə dair pilot müayinənin yekunları haqqında: qarşıda duran vəzifələr” mövzusunda videokonfrans keçirilmişdir

21.01.2022, 12:45

2022-ci il 17 yanvar tarixində Avropa İttifaqının Statistika Bürosu (Avrostat) tərəfindən həyata keçirilən “Şərq tərəfdaşlığı vasitəsilə statistika (STEP)” layihəsi çərçivəsində “İşçi qüvvəsinə dair pilot müayinənin yekunları haqqında: qarşıda duran vəzifələr” mövzusunda ZOOM platforması üzərindən videokonfrans keçirilmişdir. Videokonfransda beynəlxalq ekspertlər, müvafiq dövlət və qeyri-dövlət qurumlarının  əməkdaşlarından ibarət 42 nəfər iştirak etmişdir.

STEP layihəsinin məqsədi Avrostatın cəlb etdiyi beynəlxalq ekspertlər tərəfindən 2018-ci ildə işçi qüvvəsinə dair müayinə üzrə aparılmış sektoral qiymətləndirmənin (xarici audit) nəticəsi olaraq təqdim edilmiş tövsiyələr də nəzərə alınmaqla Beynəlxalq Əmək Təşkilatının Əmək statistiklərinin 19-cu beynəlxalq konfransında qəbul edilmiş “Əmək fəaliyyəti, məşğulluq və tam istifadə olunmayan işçi qüvvəsi haqqında qətnamə”dən irəli gələn beynəlxalq standartlar əsasında milli səviyyədə tətbiq olunan işçi qüvvəsinə dair seçmə statistik müayinənin metodologiyasının təkmilləşdirilməsi və bu metodologiya əsasında pilot seçmə statistik müayinənin keçirilməsi olmuşdur.

Tədbir zamanı əmək fəaliyyətinin növlərinə, işçi qüvvəsinin və tam istifadə olunmayan işçi qüvvəsinin qiymətləndirilməsinə dair yeni standartların metodoloji əsasları, layihə çərçivəsində Avrostatın cəlb etdiyi beynəlxalq ekspertlərin köməyi ilə yeni standartlar nəzərə alınmaqla işçi qüvvəsinə dair müayinə forması, onun seçmə metodologiyasının təkmilləşdirilməsi istiqamətində görülmüş işlər, keçirilmiş pilot müayinənin yekunları və gələcək perspektivlər haqqında geniş məlumat verildi.  Layihə çərçivəsində ölkədə yeni standartların tətbiq olunması nəticəsində əldə edilmiş yeni statistik göstəricilərin aktuallığını və beynəlxalq müqayisəliliyinin təmin olunmasını nəzərə alaraq, milli səviyyədə tətbiq olunan işçi qüvvəsinə dair statistik müayinə formasının, onun metodologiyasının təkmilləşdirilməsi prosesinin başa çatdırılması və cari ildən onun tətbiq olunmasının nəzərdə tutulması ilə bağlı məlumat verildi və bu tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirildi.

 

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim