İstehlak qiymətləri indeksi mart ayında 2024-cü ilin mart ayına nisbətən 105,9 faiz təşkil etmişdir. 2025-ci ilin yanvar-mart aylarında ölkədə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur. 2025-ci ilin yanvar-mart aylarında əsas kapitala 3467,7 milyon manat məbləğində investisiya yönəldilmişdir. 2025-ci ilin yanvar-mart aylarında 15,8 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. 2025-ci ilin yanvar-fevral aylarında ölkədə orta aylıq nominal əməkhaqqı 1043,6 manat təşkil etmişdir. 2025-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət dövriyyəsi 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə 3,8 faiz artmışdır. 2025-ci ilin yanvar-fevral aylarında ölkənin xarici ticarət dövriyyəsi 8211,2 milyon ABŞ dolları təşkil etmişdir. Aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,5 faiz artaraq 496,6 manat təşkil etmişdir. Cari il yanvar ayının 1-i vəziyyətinə 941,7 min hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilmişdir.
2011-ci ilin fevral ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi
04.03.2011
Fevral ayında bitkiçilik və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 2,5 faiz bahalaşmışdır.
Birillik bitkilərdən arpanın istehsalçı qiymətləri 0,2 faiz, bibərin 1,6 faiz, kələmin 0,9 faiz, göyərtilərin 1,6 faiz, balqabağın 12,2 faiz, baş soğanın 1,5 faiz, qırmızı turpun 1,1 faiz, kartofun 8,8 faiz, quru otun qiymətləri 1,1 faiz bahalaşmış, buğdanın qiyməti isə 2,6 faiz ucuzlaşmışdır.
Çoxillik bitkilərdən narın istehsalçı qiymətləri 3,6 faiz, almanın 8,2 faiz, armudun 3,2 faiz, limonun 4,4 faiz, şabalıdın 0,2 faiz, fındığın 5,1 faiz, qozun istehsalçı qiymətləri 11,1 faiz bahalaşmışdır.
Diri heyvanlar və heyvandarlıq məhsullarından iri-buynuzlu mal-qaranın istehsalçı qiymətləri 0,2 faiz, camış südünün 2,2 faiz, diri qoyun və keçilərin 1,6 faiz, qoyun südünün 0,3 faiz, yumurtanın qiymətləri 43,0 faiz bahalaşmış, diri ev quşlarının 7,5 faiz, inək südünün 2,7 faiz, qırxılmış yuyulmamış yununun qiymətləri isə 0,1 faiz ucuzlaşmışdır.
Balıq və sair balıqçılıq məhsullarından isə diri balığın qiymətlərində 1,1 faiz ucuzlaşma müşahidə olunmuşdur.
© 2002-2025. Saytın idarə olunması Dövlət Statistika Komitəsinin İnformasiya texnologiyaları şöbəsi tərəfindən həyata keçirilir.