İstehlak qiymətləri indeksi mart ayında 2024-cü ilin mart ayına nisbətən 105,9 faiz təşkil etmişdir.2025-ci ilin yanvar-mart aylarında ölkədə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur.2025-ci ilin yanvar-mart aylarında əsas kapitala 3467,7 milyon manat məbləğində investisiya yönəldilmişdir.2025-ci ilin yanvar-mart aylarında 15,8 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir.2025-ci ilin yanvar-fevral aylarında ölkədə orta aylıq nominal əməkhaqqı 1043,6 manat təşkil etmişdir.2025-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət dövriyyəsi 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə 3,8 faiz artmışdır.2025-ci ilin yanvar-fevral aylarında ölkənin xarici ticarət dövriyyəsi 8211,2 milyon ABŞ dolları təşkil etmişdir.Aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,5 faiz artaraq 496,6 manat təşkil etmişdir.Cari il yanvar ayının 1-i vəziyyətinə 941,7 min hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilmişdir.
2011-ci ilin yanvar ayında kənd təsərrüfatında istehsalçı qiymətlərinin dəyişməsi
09.02.2011
Yanvar ayında bitkiçilik və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 2,2 faiz bahalaşmışdır.
Birillik və ikiillik bitkilərdən qarğıdalının istehsalçı qiymətləri 4,7 faiz, arpanın 0,2 faiz, noxudun 0,2 faiz, kartofun 1,7 faiz, yem bitkilərinin 1,7 faiz, baş soğanın qiymətləri 0,7 faiz bahalaşmış, buğdanın 0,3 faiz, kələmin 0,1 faiz, keşnişin 0,5 faiz, cəfərinin 0,4 faiz, pomidorun 0,2 faiz, qırmızı turpun qiymətləri isə 0,5 faiz ucuzlaşmışdır.
Çoxillik bitkilərdən xurmanın istehsalçı qiymətləri 0,9 faiz, narın 23,2 faiz, almanın 22,7 faiz, armudun 0,6 faiz, heyvanın 0,5 faiz, şabalıdın 5,7 faiz, fındığın 8,8 faiz, qozun istehsalçı qiymətləri 0,2 faiz bahalaşmış, limonun 0,6 faiz, ağac və kol tinglərinin istehsalçı qiymətləri isə 0,3 faiz ucuzlaşmışdır.
Diri heyvanlar və heyvandarlıq məhsullarından iri-buynuzlu mal-qaranın istehsalçı qiymətləri 0,3 faiz, mal ətinin (diri çəkidə) 9,0 faiz, inək südünün 0,7 faiz, camış südünün 0,9 faiz, ana qoyunun 1,2 faiz, qoyun ətinin (diri çəkidə) 0,3 faiz, keçinin 3,3 faiz, donuz ətinin (diri çəkidə) 25,5 faiz, diri qazların 28,9 faiz, yumurtanın qiymətləri 1,4 faiz bahalaşmış, qoyun və keçilərin qırxılmış və yuyulmamış yununun qiyməti isə 0,1 faiz ucuzlaşmışdır.