Dövlət Statistika Komitəsi Türkiyədə beynəlxalq konfransda təmsil olunub
Türkiyənin Ankara şəhərində Türkiyə Statistika İnstitutunun yaradılmasının 100 illiyi münasibətilə “Rəqəmlərdən kənarda: 100 il – məlumatların transformasiyası, gələcəyin formalaşdırılması” mövzusunda yüksək səviyyəli beynəlxalq konfrans keçirilib.
Tədbirdə Dövlət Statistika Komitəsini sədrin birinci müavini Vahab Məmmədov təmsil edib.
Konfransa Albaniya, Gürcüstan, Şimali Makedoniya, Bolqarıstan, Çexiya, Sloveniya, Serbiya və Xorvatiyanın milli statistika qurumlarının, həmçinin BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının, Avrostatın, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının və İslam Ölkələri üzrə Statistik, İqtisadi və Sosial Tədqiqatlar və Təlim Mərkəzinin (SESRIC) nümayəndələri qatılıblar.
Konfransda rəqəmsal transformasiya, süni intellekt və dəyişən iqtisadi reallıqlar fonunda rəsmi statistikanın üzləşdiyi çağırışlar, bu çağırışlara uyğunlaşma yolları, eləcə də rəsmi statistikanın gələcək inkişaf istiqamətləri müzakirə olunub, beynəlxalq təcrübə mübadiləsi aparılıb.



.jpeg)