2026-cı ilin yanvar-sentyabr aylarında nəqliyyat dəhlizlərində yük daşımaları haqqında
2026-cı ilin yanvar-sentyabr aylarında nəqliyyat dəhlizlərində dəmir yolu nəqliyyatı ilə 12081,7 min ton, dəniz nəqliyyatı ilə 5370,1 min ton və avtomobil nəqliyyatı ilə 8490,6 min ton yük daşınıb. Cənub-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 447,0 min ton, Şimal-Qərb nəqliyyat dəhlizi ilə 3886,9 min ton, Şimal-Cənub nəqliyyat dəhlizi ilə 6867,2 min ton, Şərq-Qərb nəqliyyat dəhlizi ilə 14741,3 min ton, o cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə 7507,2 min ton təşkil edib.
Dəmir yolu nəqliyyatı ilə daşınmış yüklərin 47,0 faizini, avtomobil nəqliyyatı ilə daşınmış yüklərin 46,6 faizini tranzit yüklər təşkil edib.
