Dövlət Statistika Komitəsinin kollektivi Zəfər parkını ziyarət edib
Azərbaycan xalqının şanlı tarixinə əbədi həkk olunmuş 8 Noyabr – Zəfər Gününün 6-cı ildönümü münasibətilə Dövlət Statistika Komitəsinin kollektivi Zəfər parkını ziyarət edib.
Vətən müharibəsində qazanılmış tarixi Qələbəni, xalqımızın birliyini və ordumuzun qəhrəmanlığını təcəssüm etdirən Zəfər abidəsinin önünə gül dəstələri qoyulub. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.







