“Azərbaycanın Milli Hesabları” statistik məcmuəsi nəşr olunub
Dövlət Statistika Komitəsi tərəfindən iqtisadiyyatın makroiqtisadi göstəricilərini əks etdirən “Azərbaycanın Milli Hesabları” adlı statistik məcmuə nəşr edilib.
Nəşrdə 2021–2025-ci illər üzrə ölkənin iqtisadi inkişafını xarakterizə edən əsas statistik göstəricilər, Milli Hesablar Sisteminin (MHS) cədvəlləri və makroiqtisadi məlumatlar təqdim olunub.
Məcmuədə ümumi daxili məhsulun həcmi və strukturu, iqtisadi fəaliyyət növləri və institusional sektorlar üzrə göstəricilər, sənaye sahələrinin ümumi buraxılışı, əhalinin gəlirləri və xərcləri, əsas fondlar, əmək məhsuldarlığı, eləcə də iqtisadi rayonlar və inzibati ərazi vahidləri üzrə iqtisadiyyatın əsas sahələrində məhsul buraxılışına dair məlumatlar yer alıb.
Nəşr iqtisadçılar, statistiklər, elmi tədqiqatçılar və digər məlumat istifadəçiləri üçün nəzərdə tutulub.
Məcmuənin elektron versiyası Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsində yerləşdirilib: https://stat.gov.az/menu/6/statistical_yearbooks/source/system_nat_accounts_2026.pdf

