Əsas kapitala yönəldilmiş investisiyalar haqqında
2026-cı ilin yanvar-sentyabr aylarında əsas kapitala 14.688,6 milyon manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 10,9 faiz çox investisiya yönəldilib. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi real ifadədə 30,8 faiz artaraq 4.875,2 milyon manat, qeyri-neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə real ifadədə 3,1 faiz artaraq 9.813,4 milyon manat olub.

Əsas kapitala yönəldilmiş investisiyaların həcmi məhsul istehsalı sahələri üzrə real ifadədə 19,3 faiz artaraq 8.052,1 milyon manat, xidmət sahələri üzrə real ifadədə 4,7 faiz artaraq 4.568,6 milyon manat, yaşayış evlərinin tikintisinə yönəldilmiş investisiyaların həcmi isə real ifadədə 3,1 faiz azalaraq 2.067,9 milyon manat olub.
