AZ    EN
logo

Sənaye istehsalı haqqında

13.10.2026, 11:00

Sənaye sektorunda 2026-cı ilin yanvar-sentyabr aylarında 51,2 milyard manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,8 faiz az sənaye məhsulu istehsal edilib.

 

 

Emal sənayesində 2026-cı ilin yanvar-sentyabr aylarında 16.982,9 milyon manat məbləğində və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 3,4 faiz çox məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.

 

Emal sənayesində 2026-cı ilin yanvar-sentyabr aylarında daha çox artım avtomobil, qoşqu və yarımqoşquların istehsalı (+76,8%), əczaçılıq məhsullarının istehsalı (+60,4%), toxuculuq sənayesi (+47,6%), tütün məmulatlarının istehsalı (+16,0%), kağız və karton istehsalı (+14,5%), rezin və plastik kütlə məmulatlarının istehsalı (+8,5%), elektrik avadanlıqlarının istehsalı (+8,0%), tikinti materiallarının istehsalı (+7,1%), qida məhsullarının istehsalı (+6,4%), metallurgiya sənayesi (+6,1%) sahələrində olub.

 

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari naxcivan_statistika_komitesi etsim