Dövlət Statistika Komitəsi “Azərbaycanın sənayesi” statistik məcmuəsinin yeni buraxılışını təqdim edib
Məcmuədə Azərbaycan sənayesini xarakterizə edən əsas statistik məlumatlar, o cümlədən mədənçıxarma və emal sənayesi, elektrik enerjisi, qaz, buxar istehsalı və bölüşdürülməsi, su təchizatı və tullantıların təmizlənməsi üzrə göstəricilər yer alıb.
Nəşrdə sənayenin ölkə iqtisadiyyatındakı yeri, məhsul istehsalının həcmi, regionlar üzrə əsas göstəricilər və ayrı-ayrı məhsul növlərinin natura ifadəsində istehsalı ilə yanaşı, Azərbaycanın sənaye göstəricilərinin dünya və MDB ölkələri ilə müqayisəsinə imkan verən məlumatlar da əks olunub.
Məcmuənin elektron versiyası ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür: https://stat.gov.az/menu/6/statistical_yearbooks/source/senaye_2026.pdf

