“Azərbaycanda səhiyyə, sosial müdafiə və mənzil şəraiti” statistik məcmuəsinin yeni buraxılışı nəşr olunub
Dövlət Statistika Komitəsi "Azərbaycanda səhiyyə, sosial müdafiə və mənzil şəraiti” statistik məcmuəsinin yeni buraxılışını təqdim edib.
Məcmuədə əhalinin xəstələnməsi, tibb müəssisələri və səhiyyə xidmətləri, pensiya və müavinətlər, sosial yardım və sosial xidmətlər, həmçinin yaşayış sahəsi, mənzil fondu və əhalinin mənzil təminatı ilə bağlı məlumatlar yer alıb.
Məcmuənin elektron versiyası ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür: https://www.stat.gov.az/menu/6/statistical_yearbooks/source/healthcare_2026.pdf

