Azərbaycan və Qırğızıstan arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu təsdiq edilib
Prezident İlham Əliyev Dövlət Statistika Komitəsi ilə Qırğız Respublikasının Milli Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Fərman imzalayıb.
Memorandum 2026-cı il iyulun 31-də Çolpon-Ata şəhərində imzalanıb.
Fərmana əsasən, Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Dövlət Statistika Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.
Xarici İşlər Nazirliyi isə Memorandumun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qırğız Respublikası Hökumətinə bildiriş göndərəcək.

