“Azərbaycanın xarici ticarəti” statistik məcmuəsinin növbəti buraxılışı nəşr olunub
Statistik məcmuədə Azərbaycan Respublikasının xarici ölkələrlə ticarət əlaqələrinə dair məlumatlar təqdim edilir.
Məcmuədə Dövlət Gömrük Komitəsinin məlumatları əsasında hazırlanan göstəricilərlə yanaşı, gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri də nəzərə alınıb.
Məlumatlar ABŞ dolları ilə ifadə olunub və dolların orta məzənnəsi Azərbaycan Mərkəzi Bankının rəsmi məlumatları əsasında göstərilib.
Məcmuənin elektron versiyası ilə keçid vasitəsilə tanış olmaq mümkündür: https://stat.gov.az/menu/6/statistical_yearbooks/source/f_trade_2026.pdf

