AZ    EN
logo
image

“Azərbaycanda telekommunikasiya və poçt” statistik məcmuəsinin növbəti buraxılışı nəşr olunub

19.08.2026, 10:35

Dövlət Statistika Komitəsi “Azərbaycanda telekommunikasiya və poçt” statistik məcmuəsinin növbəti buraxılışını nəşr edib.

Məcmuədə ölkədə telekommunikasiya və poçt sahəsinin inkişaf dinamikasını izləməyə imkan verən statistik məlumatlar təqdim olunur. Nəşrə informasiya, rabitə və poçt xidmətləri üzrə əsas göstəricilər daxil edilib.

Məcmuədə ATS-lərin sayı və ümumi tutumu, sabit şəbəkə telefonlarının sayı, eləcə də telefon rabitəsini xarakterizə edən digər göstəricilər şəhər və kənd yerləri üzrə əksini tapıb.

Məcmuənin elektron versiyası ilə keçid vasitəsilə tanış olmaq mümkündür: https://stat.gov.az/menu/6/statistical_yearbooks/source/Az%C9%99rbaycanda_telekomunikasiya_v%C9%99_po%C3%A7t_2026.pdf

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim