2026-cı ilin yanvar-iyun aylarında avtomobil yollarında baş vermiş yol-nəqliyyat hadisələri haqqında
2026-cı ilin yanvar-iyun aylarında 533 və ya 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,6 faiz az yol-nəqliyyat hadisəsi baş vermiş, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 15,1 faiz azalaraq 689 nəfər olub. Onlardan 285 nəfər həlak olmuş, 404 nəfər isə yaralanıb. Hadisələrin 44,3 faizi gecə, 38,6 faizi gündüz, 17,1 faizi isə toran vaxtı baş verib. Yol-nəqliyyat hadisələrinin 34,3 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.
Yol-nəqliyyat hadisələrinin 83,7 faizi yaşayış məntəqələrində baş vermiş, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 9,9 faiz azalaraq 201 nəfər, yaralananların sayı isə 19,7 faiz azalaraq 379 nəfər olub.
Yol-nəqliyyat hadisələrinin və zərərçəkənlərin sayı
| Göstəricinin adı | 2026-cı ilin yanvar-iyun aylarında | 2025-ci ilin yanvar-iyun aylarına nisbətən, faizlə |
|---|---|---|
| Bütün yol-nəqliyyat hadisələri – cəmi | 533 | 92,4 |
| Məkanına görə: | ||
| magistral avtomobil yollarında | 87 | 117,6 |
| yaşayış məntəqələrində | 446 | 88,7 |
| İşıqlılıq vəziyyətinə görə: | ||
| gündüz vaxtı | 206 | 79,8 |
| toran vaxtı | 91 | 113,8 |
| gecə vaxtı | 236 | 98,7 |
| Yol örtüyünün vəziyyətinə görə: | ||
| quru yol örtüyü | 497 | 89,2 |
| digər (yaş, buz və s.) | 36 | 180,0 |
| Zərərçəkənlərin sayı, nəfər | 689 | 84,9 |
| həlak olanlar | 285 | 91,1 |
| yaralananlar | 404 | 81,0 |
Bütün yol-nəqliyyat hadisələrinin 43,9 faizi nəqliyyat vasitələrinin və piyadaların, 36,0 faizi bir neçə nəqliyyat vasitəsinin, 20,1 faizi isə bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib. Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 78,9 faizini, yaralananların isə 72,3 faizini kişilər təşkil edib.
