AZ    EN
logo
image

2029-cu il əhalinin siyahıyaalınmasına hazırlıqla bağlı Tədbirlər Planı təsdiq edilib

03.08.2026, 12:13

Nazirlər Kabineti “2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planı haqqında” Qərar qəbul edib.

Qərara əsasən, əhalinin siyahıyaalınması 2029-cu il oktyabrın 1-i saat 00:00 vəziyyətinə keçiriləcək. Hazırlıq səviyyəsinin qiymətləndirilməsi məqsədilə 2028-ci il oktyabrın 1-dən 31-dək Xaçmaz rayonunda sınaq siyahıyaalınmasının aparılması nəzərdə tutulur.

Sənədlə Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın yaradılması, aidiyyəti dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi, inzibati məlumatların Dövlət Statistika Komitəsinin məlumat bazasına inteqrasiyası, siyahıyaalma məntəqələrinin yaradılması, sayıcıların hazırlanması və əhalinin məlumatlandırılması ilə bağlı tədbirlər müəyyən edilib.

Ətraflı: https://nk.gov.az/az/senedler/qerarlar/2029-cu-ilde-azerbaycan-respublikasinda-ehalinin-s-9685

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim