AZ    EN
logo
image

Dövlət Statistika Komitəsinin nümayəndə heyəti BMT-nin Avropa Statistikləri Konfransının 74-cü plenar sessiyasında iştirak edir

24.06.2026, 20:25

24–26 iyun 2026-cı il tarixlərində İsveçrənin Cenevrə şəhərində BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) Avropa Statistikləri Konfransının (CES) 74-cü plenar sessiyası keçirilir.

Sessiyada Azərbaycanı Dövlət Statistika Komitəsinin sədri Azər Mursaqulovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Tədbirin gündəliyinə rəsmi statistika və geoməkan məlumatlarının inteqrasiyası, miqrasiya və insan mobilliyinin ölçülməsi, cəmiyyət və texnologiyada baş verən transformasiyaların rəsmi statistikanın əsaslarına təsiri, eləcə də statistik fəaliyyətin inkişafı sahəsində mövcud çağırışlar və onların həlli istiqamətləri ilə bağlı məsələlər daxildir.

Tədbir çərçivəsində Dövlət Statistika Komitəsinin nümayəndə heyətinin bir sıra ölkələrin milli statistika qurumlarının və beynəlxalq təşkilatların nümayəndələri ilə ikitərəfli görüşlərinin keçirilməsi də nəzərdə tutulur.

 

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim