AZ    EN
logo
image

Azərbaycanın statistik təcrübəsi Minskdə təqdim olunub

10.06.2026, 16:03

Belarusun paytaxtı Minskdə “MDB statistikasının inkişafı” layihəsi çərçivəsində “Cəmiyyətə nəsillər prizmasından statistik baxış” mövzusunda tədbir keçirilib.

Üç gün davam edən tədbirdə məlumatların toplanması və təhlili, statistik göstəricilərin müqayisəliliyinin təmin edilməsi, əhalinin müxtəlif qrupları üzrə sosial-iqtisadi proseslərin öyrənilməsi, habelə cari statistik uçotun və statistik müayinələrin aparılması ilə bağlı məsələlər müzakirə olunub. Tədbir çərçivəsində metodoloji və texnoloji yanaşmaların təkmilləşdirilməsi istiqamətində təqdimatlar dinlənilib, təcrübə mübadiləsi aparılıb.

Tədbirdə iştirak edən Dövlət Statistika Komitəsinin Sosial statistika şöbəsinin müdiri Elçin Hacı və Əhali statistikası şöbəsinin müdiri Rza Allahverdiyev “Azərbaycanda əhalinin təhsil səviyyəsi” və “Azərbaycanda nəsillər statistikası: yaş qrupları bölgüsündə əhalinin sosial-iqtisadi göstəriciləri” mövzularında təqdimatlarla çıxış ediblər.

Təqdimatlar zamanı Azərbaycanda uşaqlar, gənclər, əmək qabiliyyətli və yaşlı əhali qrupları üzrə əsas demoqrafik göstəricilər, eləcə də əhalinin təhsil səviyyəsinə dair statistik məlumatlar iştirakçıların diqqətinə çatdırılıb. Tədbir çərçivəsində nəsillər statistikasının hazırlanması və təqdim edilməsi sahəsində tətbiq olunan yanaşmalar müzakirə olunub.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim