AZ    EN
logo
image

Dövlət Statistika Komitəsi ilə SESRIC arasında əməkdaşlıq perspektivləri nəzərdən keçirilib

22.05.2026, 17:59

WUF 13 tədbirlərində iştirak məqsədilə Bakıda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İslam Ölkələrinin Statistik, İqtisadi və Sosial Tədqiqatlar və Təlim Mərkəzinin (SESRIC) baş direktoru xanım Zehra Zümrüt Selçukun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Dövlət Statistika Komitəsində görüş keçirilib.

Komitənin sədri Azər Mursaqulov statistika sahəsində əməkdaşlığın uğurla davam etdiyini vurğulayaraq, həyata keçirilən birgə layihələrin və təlim proqramlarının əhəmiyyətini qeyd edib.

SESRIC ilə əməkdaşlıq çərçivəsində təşkil edilən təlim proqramlarının əməkdaşların peşəkar bilik və bacarıqlarının inkişafına töhfə verdiyi diqqətə çatdırılıb.

Zehra Zümrüt Selçuk mövcud əməkdaşlıqdan məmnunluğunu ifadə edib və birgə fəaliyyətin davam etdirilməsinin önəmini vurğulayıb.

Görüşdə əməkdaşlığın inkişaf istiqamətləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim