AZ    EN
logo

İstehlak bazarında qiymətlərin dəyişməsi haqqında

15.05.2026, 12:00

2026-cı ilin yanvar-aprel aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-aprel aylarına nisbətən 5,6 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,7 faiz, qeyri-qida məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,7 faiz artmışdır.

2025-ci ilin aprel ayı ilə müqayisədə illik qiymət artımı 5,5 faiz, son bir ayda isə 0,3 faiz təşkil etmişdir.

2026-cı ilin aprel ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 0,3 faiz, əvvəlki ilin müvafiq ayına nisbətən 6,2 faiz artmışdır.

Cari ilin aprel ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından əsasən qarabaşaq yarması, mal və qoyun əti, kolbasa məmulatları, pendir, süfrə marqarini, qarğıdalı yağı, limon, banan, alma, kivi, ağ kələm, brokkoli, süfrə çuğunduru və kartofun qiymətləri bahalaşmış, yumurta, portağal, şabalıd, gül kələmi, göyərti, xiyar, pomidor, şirin bibər, badımcan, sarımsaq və soğanın qiymətləri ucuzlaşmışdır. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

2026-cı ilin aprel ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 0,2 faiz, əvvəlki ilin müvafiq ayına nisbətən 4,0 faiz artmışdır. Aprel ayında əvvəlki ayla müqayisədə əsasən sement, kəsilmiş taxta, mebel və yuyucu vasitələrin qiymətləri bahalaşmış, zərgərlik məmulatlarının qiymətləri ucuzlaşmışdır. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

2026-cı ilin aprel ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə qiymət artımı əvvəlki aya nisbətən 0,3 faiz, əvvəlki ilin müvafiq ayına nisbətən 5,8 faiz təşkil etmişdir. Aprel ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əsasən stomatoloji xidmətlər, restoran və kafelər tərəfindən göstərilən iaşə xidmətlərinin qiymətləri bahalaşmış, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətləri ucuzlaşmışdır. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

Əlaqə telefonu: 377-10-70 (22-55)

 

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim