AZ    EN
logo

Xarici ticarət əlaqələri haqqında

13.04.2026, 12:00

2026-cı ilin yanvar-fevral aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 150 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 100 ölkəyə məhsul ixrac olunmuş, 138 ölkədən idxal olunmuşdur. 2026-cı ilin yanvar-fevral aylarında xarici ticarət dövriyyəsi 6278,5 milyon ABŞ dolları təşkil etmiş və 1080,3 milyon dollar məbləğində müsbət ticarət saldosu yaranmışdır.

2025-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 2026-cı ilin yanvar-fevral aylarında buğda idxalı real ifadədə 37,2 faiz, avtobuslar – 2,3 dəfə, təzə meyvə – 11,9 faiz, qara metallardan borular – 21,7 faiz, hesablama maşınları, blok və qurğuları – 21,9 faiz artmış, minik avtomobilləri idxalı isə 31,5 faiz, dərman vasitələri – 34,7 faiz, polad prokatı – 23,1 faiz, kərə yağı, digər süd yağları və pastaları – 32,9 faiz, ayaqqabılar – 1,2 faiz azalmışdır.

2026-cı ilin yanvar-fevral aylarında qeyri neft-qaz məhsullarının ixracı 580,7 milyon dollar təşkil etmiş və 2025-ci ilin yanvar-fevral aylarına nisbətən faktiki qiymətlərlə 19,7 faiz artmış, real ifadədə isə 14,3 faiz azalmışdır.

Əlaqə telefonu: 377 10 70 (22-60)

 

 

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim