AZ    EN
logo

2021-ci ildə avtomobil yollarında baş vermiş yol-nəqliyyat hadisələri haqqında

09.02.2022, 12:00

2021-ci ildə 1649 və ya 2020-ci illə müqayisədə 3,9 faiz çox yol-nəqliyyat hadisəsi baş vermiş, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 2,5 faiz artaraq 2158 nəfər olmuşdur. Onlardan 706-sı həlak olmuş, 1452-si isə yaralanmışdır. Hadisələrin 42,1 faizi gündüz, 37,4 faizi gecə, 20,5 faizi isə toran vaxtı baş vermiş, 29,2 faizi həftənin şənbə və bazar günlərinə təsadüf etmişdir.

Yol-nəqliyyat hadisələrinin 89,0 faizi yaşayış məntəqələrində baş vermiş, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilə nisbətən 5,1 faiz artaraq 553 nəfər, yaralananların sayı 3,7 faiz artaraq 1364 nəfər olmuşdur.

Yol-nəqliyyat hadisələrinin və zərərçəkənlərin sayı

Göstəricinin adı 2021-ci il 2020-ci ilə nisbətən, faizlə
     
Bütün yol-nəqliyyat hadisələri – cəmi 1649 103,9
Məkanına görə:    
           magistral avtomobil yollarında 182 99,5
           yaşayış məntəqələrində 1467 104,5
İşıqlılıq vəziyyətinə görə:    
           gündüz vaxtı 694 102,7
           toran vaxtı 338 95,2
           gecə vaxtı 617 111,0
Yol örtüyünün vəziyyətinə görə:    
          quru yol örtüyü 1547 103,8
          digər (yaş, buz və s.) 102 106,3
Zərərçəkənlərin sayı, nəfər 2158 102,5
           həlak olanlar 706 101,4
           yaralananlar 1452 103,0

Bütün yol-nəqliyyat hadisələrinin 43,7 faizi nəqliyyat vasitələrinin və piyadaların, 34,8 faizi bir neçə nəqliyyat vasitəsinin, 21,5 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş vermişdir.

Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 79,0 faizini, yaralananların isə 72,2 faizini kişilər təşkil etmişdir.

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 18 hadisə baş vermiş, nəticədə 8 nəfər həlak olmuş, 17 nəfər yaralanmışdır. Hadisələrin 72,2 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilmişdir.

Əlaqə telefonu: 377 10 70 (22-22)  

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim