logo
İstehlak qiymətləri indeksi

2. Metodologiya
2.1 Konsepsiya və anlayışlar 2.1.1 Konsepsiya və anlayışlar

Tərif: İQİ - orta alıcılıq qabiliyyətli alıcının aldığı məhsulların və istifadə etdiyi xidmətlərin qeydə alınmış məcmusunun dəyərinin ümumi dəyişməsini səciyyələndirən nisbi göstəricidir.
2.2 Sahə 2.2.1 Sahə
• Məlumatların əhatə dairəsi

Əhalinin əhatə dairəsi: İstehlak qiymətləri indeksinin hesablanmasında istifadə olunan əhalinin istehlak xərcləri Azərbaycanda yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istisna olmaqla bütün fərdi ev təsərrüfatlarını əhatə edir.

Coğrafi əhatə dairəsi: Qiymət müşahidəsi ölkənin 58 şəhəri (rayon) üzrə aparılır, beləliklə, indeks Azərbaycan Respublikasının bütün ərazisini əhatə edir.

Məhsulların (xidmətlərin) əhatə dairəsi: İQİ-nin hesablanması 520 mal və xidmətin (ərzaq - 151, qeyri-ərzaq - 269 və xidmətlər - 100) qiymətləri əsasında aparılır

əhatə istisnaları

Məhsul (xidmət): Mənzil (ev) sahiblərinin özlərinə məxsus mənzildə (evdə) yaşadıqlarına görə şərti hesablanmış icarə haqqı
2.3 Təsnifat 2.3.1 Təsnifat

Təsnifat: Məhsul və xidmətlər “Ev təsərrüfatlarında şəxsi (fərdi) istehlak məqsədləri üçün istifadə edilən mal, məhsul və xidmətlərin təsnifatı”nın (COICOP) milli versiyasına uyğun təsnifləşdirilir

Beynəlxalq qaydalarla əlaqələr: İQİ-nin hesablanması beynəlxalq standartlara, o cümlədən 2004-cü ildə BMT, BVF, BƏT, Avrostat, İƏİT və Dünya Bankı tərəfindən qəbul edilmiş “İstehlak Qiymətləri İndeksinə dair Təlimat: Nəzəriyyə və Təcrübə” metodoloji vəsaitə əsaslanır
2.4 Qeydiyyatın əsasları 2.4.1 Qiymətləndirmə

Qiymətin növləri: İQİ bazarda sərbəst satılan məhsulun (xidmətin) ƏDV, aksiz və digər birbaşa vergiləri, eləcə də ticarət təşkilatlarının xərc və mənfəətini özündə əks etdirən faktiki qiymətlərin dəyişməsini xarakterizə edir

2.4.2 Qeydiyyatın əsasları

Qiymətlərin müşahidə dövrü: İstehlak qiymətlərinin qeydiyyatı ərzaq məhsulları üzrə ayda üç dəfə (on gün intervalı ilə), qeyri-ərzaq məhsulları və əhaliyə göstərilən ödənişli xidmətlər üzrə isə aylıq intervalla üçüncü ongünlükdə.
3. Dəqiqlik və etibarlılıq
3.1 Mənbə məlumatları 3.1.1 Mənbə məlumatlarının toplanması proqramları

Çəkilərin mənbəyi: çəki kimi əhalinin son istehlak xərclərinin strukturu ilə bağlı ev təsərrüfatları büdcələrinin tədqiqatı üzrə məlumatlardan istifadə edilir.

Mövcud çəkilərin dövrü: Mövcud çəkilər 2017-ci ilə aiddir.

Çəkilərin yenilənməsinin tezliyi: İQİ-nin hesablanması üçün çəkilər hər il aprel ayında yenilənir.

Məhsul (xidmət) seçimi: orta alıcılıq qabiliyyətli alıcının istehlak səbətinə uyğun, müntəzəm olaraq satışda olan, həm yerli istehsal, həm də idxal məhsulları müşahidəyə cəlb edilir.

Ticarət məntəqələrinin seçimi: müşahidəyə satılan məhsulların, göstərilən xidmətlərin müntəzəmliyi, kütləviliyi, həm yerli, həm də idxal məhsullarının satışının həyata keçirilməsi nəzərə alınmaqla bütün mülkiyyət və təşkilati-hüquqi formalarından olan və reprezentativ seçilmiş ticarət məntəqələri, bazarlar, həmçinin, məhsulların realizə olunduğu və vətəndaşlara xidmət göstərildiyi yerlər cəlb edilir.

Müşahidənin ölçüsü: 4307 ticarət məntəqəsindən hər ay 500000-dən çox məhsul və xidmətlərin qiymətlərinin müşahidəsi aparılır.

Qiymətlərin toplanması metodları: Bakı şəhəri üzrə ticarət dövriyyəsinin 20 faizini təşkil edən 8 iri ticarət şəbəkəsi üzrə məlumatlar elektron formada (skan olunmuş) birbaşa ticarət şəbəkəsindən, digər ticarət məntəqələrindən isə ənənəvi üsulla - yerli statistika orqanlarının müvafiq mütəxəssisləri tərəfindən planşet tipli kompüterlər vasitəsilə real vaxt rejimində əldə olunur.

Məhsulların (xidmətlərin) spesifikasiyası: qiymətlərinin müşahidəsi məqsədilə formalaşdırılan istehlak səbətinə daxil olan məhsulların (xidmətlərin) siyahısında hər bir məhsul və xidmətin spesifikasiyası ətraflı təsvir olunmuşdur.
3.3 Statistik üsullar 3.3.1 Mənbə məlumatlarının statistik üsulları

• Aşağı aqreqasiya səviyyəsində indekslərin hesablanması: aşağı aqreqasiya səviyyəsində indekslərin hesablanmasında həndəsi orta kəmiyyətdən istifadə olunur.

•Aqreqasiya: Məcmu qiymət indeklərinin hesablanmasında modifikasiya olunmuş Laspeyres düsturundan istifadə olunur.

Yenilənmiş indekslərlə köhnə indekslər arasında əlaqə qurulması: “Yeni” xüsusi çəki ilə hesablanmış qiymət indeksi “Köhnə” xüsusi çəki ilə hesablanmış qiymət indeksinə bölünür və əmsal alınır, əmsal indekslər arasında əlaqə qurulmasında istifadə olunur.

• Baza dövrü: 2010 = 100.

3.3.2 Digər statistik prosedurlar

Satışı dayandırılmış məhsullar (xidmətlər) üzrə qiymətlərin hesablanması: istehlak qiymətləri indeksinə mövsümi amillərin təsirinin kənarlaşdırılması və qiymət indekslərinin fasiləsizliyinin təmin olunması məqsədilə ilin bəzi dövrlərində istehlak bazarında yoxa çıxan və yaxud satışı kəskin şəkildə məhdudlaşan əmtəələrə «şərti» hesablanmış qiymətlərdən istifadə olunur (imputasiya metodu).

Keyfiyyət dəyişiklikləri üçün düzəlişlər: Qiymət indekslərinin hesablanması zamanı keyfiyyət fərqləri nəzərə alınır. • Yeni məhsulların seçməyə daxil edilməsi: seçməyə (istehlak səbətinə) məhsulun (xidmətin) daxil edilməsi üçün əsas şərt, onun istehlak bazarında və istehlak xərclərinin strukturunda böyük paya malik olmasıdır.

Mövsümi məhsullar: mövsümi amillərin təsiri nəticəsində satışdan çıxarılan məhsullar üzrə şərti hesablanmış qiymətlər tətbiq edilir.

• Mənzil (ev) sahiblərinin özlərinə məxsus mənzildə (evdə) yaşadıqlarına görə şərti hesablanmış icarə haqqı: Mənzil (ev) sahiblərinin özlərinə məxsus mənzildə (evdə) yaşadıqlarına görə şərti hesablanmış icarə haqqı üzrə qiymət indeksi hesablanmır. Lakin bununla yanaşı, mənzil bazarında qiymət indeksləri və İQİ-nin tərkibində fərdi yaşayış evlərinin saxlanması və təmiri üçün istifadə olunan məhsul və xidmətlərin qiymət indeksləri hesablanır.
3.4 Məlumatın yoxlanılması 3.4.1 Qiymətlərin yoxlanması

Qiymətlərin yoxlanılması: məlumat bazasına daxil edilən məlumatların müqayisəliliyinə daim nəzarət edilir, mümkün səhvlərin və kəskin fərqlərin müəyyən edilməsi, həmçinin mexaniki səhvlərin aradan qaldırılması sahəsində tədbirlər həyata keçirilir. Hesabat dövründə məlumat bazasına daxil edilən ilkin məlumatlardan hər hansı birinin həqiqəti əks etdirmədiyinə dair şübhələr yarandıqda həmin məlumatlar bir daha dəqiqləşdirilir və ehtiyac olduqda cari məlumatlarda düzəlişlər edilir.

•Məlumatların emal prosesinin yoxlanması: məlumatların emal prosesinin bütün mərhələlərinə daim nəzarət edilir və yoxlanılır
4. Xidmət imkanı
4.1 Dövrilik 4.1.1 Dövrü

Aylıq.

4.1.2 Zamanlılıq

Hesabat ayından sonrakı ayın beşinci günü.
4.2 Daimilik 4.2.1 Daxili uyğunluq

Statistik nəşrlərdə qiymət indeksləri respublika, rayon və iqtisadi rayonlar üzrə cəmi, qrup (ərzaq, qeyri-ərzaq məhsulları və xidmətlər) və eləcə də məhsul (xidmət) səviyyəsində respublika üzrə dərc edilir.

4.2.2. Dövr uyğunluğu

İstehlak qiymətləri indeksinə dair məlumatlar müxtəlif dövrlər üzrə ayrı-ayrı statistik nəşrlərdə və həmçinin DSK-nın veb səhifəsində mövcuddur.
4.3 Baxış 4.3.1 Yenidən hesablanma (dəyişiklik)

İstehlak qiymət indeksi

Məlumatlar yenidən hesablanmır.
5. Mövcudluq
5.1 Məlumat 5.1.1 Statistik təsvir

Rəsmi olaraq istehlak qiymətləri indeksi 1995-ci il yanvar ayından etibarən Dövlət Statistika Komitəsi tərəfindən hesablanır və yayımlanır. İstehlak qiymətləri indeksi inflyasiya göstəricisi kimi qəbul edilmişdir.

İstehlak qiymətlərinin qeydiyyatı ərzaq məhsulları üzrə ayda üç dəfə (on gün intervalı ilə), qeyri-ərzaq məhsulları və əhaliyə göstərilən ödənişli xidmətlər üzrə isə aylıq intervalla üçüncü ongünlükdə aparılır. İQİ-nin hesablanması 520 mal və xidmətin (ərzaq - 151, qeyri-ərzaq - 269 və xidmətlər - 100) qiymətləri əsasında aparılır. Qiymət müşahidəsi ölkənin 58 şəhəri (rayon) üzrə aparılır, beləliklə, indeks Azərbaycan Respublikasının bütün ərazisini əhatə edir. İndeksin hesablanmasında modifikasiya olunmuş Laspeyres düsturundan istifadə olunur.

5.1.2 Yayılma vasitələri və formatı

• Kağız formada-yeni nəşr

İndeks aylıq pres-relizdə nəşr olunur

• Kağız formada - Aylıq Bülleten

"Qiymətlər və qiymət indeksləri" (azərbaycan)

• Kağız formada - rüblük bülleten

• Kağız formada - Digər

"Sosial, iqtisadi inkişaf" (azərbaycan)

"Azərbaycanda qiymətlər" (azərbaycan və ingilis)

"Azərbaycan rəqəmlərdə" və "Azərbaycanın statistik göstəriciləri" (azərbaycan və ingilis) illik statistik nəşrlərin "qiymət indeksləri" bölməsi

• Elektron - Onlayn bülleten və ya məlumatlar

https://www.stat.gov.az/source/price_tarif/

5.1.3 Statistik nəşrlərin yayım təqvimi

Statistik nəşrlərin yayım təqvimi Dövlət Statistika Komitəsinin Statistik nəşrlər kataloqunda dərc olunur. İstifadəçilər yayım təqvimini Dövlət Statistika Komitəsinin veb səhifəsindən (https://www.stat.gov.az/menu/6/) əldə edə bilərlər.

5.1.4 Statistik məlumatların yayımı

Məlumatlar müntəzəm olaraq Dövlət Statistika Komitəsinin nəşrlərində və rəsmi internet səhifəsində yayımlanır (http://www.stat.gov.az)
5.2 Metaməlumat 5.2.1 Konsepsiya, əhatə dairəsi, təsnifat, məlumat mənbələri və statistik metodlar haqqında sənədlərin yayılması

Göstəricilərə dair metaməlumatlar Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsində (https://www.azstat.org/MetaDataG/) mövcuddur
9. Planlar
9.1 Son Təkmilləşdirmə planları - Son inkişaflar

3.1.1     Son inkişaflar
9.2 Ümumi Təkmilləşdirmə planları - Qısa müddətli

Yoxdur

Təkmilləşdirmə planları - Orta müddətli

İstehlak qiymətləri indeksi

Planlar

•Digər şəhər və rayonlar üzrə ticarət şəbəkələrində olan elektron məlumatların istehlak qiymətlərinin indeksinin məlumat bazasına inteqrasiya olunması (skan olunmuş məlumatlardan istifadə)
9.3 Maliyyə Təkmilləşdirmə planları - TA / maliyyə ehtiyacları - Qısa müddətli

Yoxdur

Təkmilləşdirmə planları - TA / maliyyə ehtiyacları - Orta müddətli

Azərbaycan Dövlət Statistika Komitəsi

Yoxdur

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim