AZ    EN
logo
2020-ci ilin yanvar ayında ölkədə istehsal olunmuş ümumi daxili məhsulun həcmi 6520,2 milyon manat təşkil etmişdir. 2019-cu ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində əvvəlki illə müqayisədə yük daşınmasında 0,2 faiz artım müşahidə edilmişdir. 2020-ci ilin yanvar ayında Azərbaycana 226,2 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. 2020-ci ilin yanvar ayında əsas kapitala 996,7 milyon manat vəsait yönəldilmişdir. 2020-ci ilin yanvar ayında istehlak qiymətləri indeksi 2019-cu ilin yanvar ayına nisbətən 102,7 faiz təşkil etmişdir. 2020-ci ilin yanvar ayında 4,2 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. 2020-ci ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların 3,1 milyard manata bərabər olmuşdur. 2019-cu ildə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 195 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişdir. 2020-ci il yanvar ayının 1-i vəziyyətinə ölkə əhalisinin sayı 10067108 nəfərə çatmışdır. Cari il dekabr ayının 24-ü vəziyyətinə 1019200,2 hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilmişdir. 2019-cu ilin yanvar-sentyabr aylarında ölkənin avtomobil yollarında 1274 yol-nəqliyyat hadisəsi baş vermişdir. 2019-cu ilin yanvar-sentyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 603,5 manat təşkil etmişdir. 2019-cu il oktyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1639,1 min nəfər olmuşdur. 2019-cu ilin yanvar-sentyabr aylarında ölkə üzrə mehmanxanalarda 2666,7 min gecələmə keçirilmişdir.
  • İxrac – ölkədə istehsal olunmuş və ya başqa ölkələrdən gətirilmiş malların ölkə sərhədlərindən kənara göndərilməsidir.
    Ölkənin öz istehsalı sayılan mallara, həmçinin ölkəyə gətirilən və təkrar emal olunaraq əsas kəmiyyət və keyfiyyət göstəricilərini dəyişən xarici mənşəli mallar da daxil edilir.
    İxracın dəyərinin qiymətləndirilməsi FOB qiymətləri və ya mal ixrac edən ölkənin franko-sərhəd qiymətləri üzrə aparılır, yəni malın qiymətinə onun dəyəri, ölkənin quru sərhədlərinə və ya göndərmə limanına çatdırılması və gəmi bortuna yüklənməsi xərcləri daxil edilir.

  • İdxal – ölkədə istehlak edilmək üçün, həmçinin təkrar ixrac etmək üçün ölkə sərhədlərindən kənardan mal gətirilməsidir.
    İdxalın dəyərinin qiymətləndirilməsi SİF qiymətləri və ya mal idxal edən ölkənin franko-sərhəd qiymətləri üzrə aparılır, yəni malın qiymətinə onun dəyəri, ölkənin sərhədlərinə qədər daşınması və sığorta xərcləri daxil edilir.

  • Xarici ticarət dövriyyəsi – idxal və ixracın həcminin cəmidir.

  • Xarici ticarət saldosu – ixracın həcmi ilə idxalın həcminin fərqidir. Əgər ixracın həcmi idxalın həcmindən çoxdursa müsbət saldo, idxalın həcmi ixracın həcmindən çoxdursa mənfi saldo alınır.
un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim