AZ    EN
logo
2020-ci ilin yanvar-avqust aylarında ölkədə 3,0 faiz az ümumi daxili məhsul istehsal olunmuşdur. 2020-ci ilin yanvar-avqust aylarında əsas kapitala 8682,4 milyon manat vəsait yönəldilmişdir. 2020-ci ilin yanvar-avqust aylarında 24,7 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. 2020-ci ilin yanvar-iyul aylarında orta aylıq nominal əməkhaqqı 715,4 manat olmuşdur. 2020-ci ilin yanvar-iyul aylarında ölkənin xarici ticarət dövriyyəsi 13777,6 milyon ABŞ dolları təşkil etmişdir. 2020-ci ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 24,6 milyard manatlıq məhsul satılmışdır. 2020-ci ilin yanvar-avqust aylarında istehlak qiymətləri indeksi 102,9 faiz təşkil etmişdir. 2020-ci il avqust ayının 10-na olan operativ məlumata əsasən payızlıq və yazlıq dənli və dənli paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş 968,1 min hektar sahənin 944,4 min hektarı biçilərək məhsulu yığılmışdır. 2020-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 167 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişdir 2020-ci ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 720,0 manat olmuşdur 2020-ci ilin yanvar-iyun aylarında Azərbaycana dünyanın 152 ölkəsindən 590,1 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. 2020-ci il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 29,4 min nəfər olmuşdur. Hörmətli vətəndaşlar! Məlumat üçün bildiririk ki, koronavirus infeksiyası ilə əlaqədar Dövlət Statistika Komitəsində vətəndaş müraciətlərinin qəbulu yalnız elektron formada (sc@stat.gov.az) və telefon vasitəsilə (+99412-539-82-39) həyata keçirilir.

Əliyev Zaur Əli oğlu – Aparat rəhbərinin müavini

Aparat rəhbərinin müavini
Telefon: 539-86-06
E-poçt: zaur.aliyev@stat.gov.az
1980-ci il mart ayının 1-də anadan olmuşdur. 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2004-2014-cü illərdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində baş məsləhətçi, sektor müdiri, şöbə müdirinin müavini vəzifələrində işləmiş, 2014-2018-ci illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində sektor müdiri, şöbə müdirinin müavini, baş direktorun müavini və rəis müavini vəzifələrində çalışmışdır.
2018-ci ilin may ayının 24-dən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin aparat rəhbərinin müavini vəzifəsinə təyin edilmişdir.
Dövlət qulluğunun müşaviridir. Evlidir, üç övladı var.
un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim