logo

Əliyeva Çimnaz Məstan qızı – İnformasiya texnologiyaları şöbəsi

Şöbə müdiri
Telefon: 538-61-51
E-poçt: chimnaza@azstat.org
1976-cı il avqust ayının 7-də Bakı şəhərində anadan olmuşdur. 1998-ci ildə Azərbaycan Texniki Universitetinin Avtomatika və hesablama texnikası fakültəsinin bakalavr pilləsini, 2008-ci ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.
1998-2012-ci illərdə Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzində mühəndis proqramçı, baş mühəndis proqramçı, şöbə rəisinin müavini, 2012-ci ildən isə Dövlət Statistika Komitəsinin Aparatında Keyfiyyətin idarə olunması və informasiya texnologiyaları şöbəsi müdirinin müavini vəzifələrində işləmişdir.
2018-ci ildən Dövlət Statistika Komitəsinin İnformasiya texnologiyaları şöbəsinin müdiridir. Dövlət qulluğunun müşaviridir.
Şöbənin fəaliyyət istiqaməti:
- statistika sistemində informasiya təhlükəsizliyinin təmin olunması sahəsində əsas siyasətin müəyyənləşdirilməsi üçün zəruri tədbirlər görür, məlumatların məxfiliyinin təmin olunması qaydalarını və öhdəliklərini hazırlayır;
- informasiya texnologiyalarının tətbiqinin təşkili və xidmətlərin təkmilləşdirilməsi yolu ilə statistika işlərinin səmərəliliyini yüksəltmək üçün zəruri addımlar atır;
- məlumat bazalarının müasir texnologiyalar əsasında və beynəlxalq standartlara uyğun aparılmasını təmin etmək məqsədi ilə müvafiq idarəetmə sistemlərinin tətbiqinə nail olunmasını, məlumatların yenilənməsinin və qorunmasının təmin olunmasının həyata keçirilməsini təşkil edir;
- sistem təminatının müasir tələblərə uyğun səviyyədə saxlanılması, müasir əməliyyat sistemlərinə olan tələbatın öyrənilməsi və sistem təminatının əldə edilərək tətbiqinin təşkili sahəsində fəaliyyət göstərir;
- kompüterlərin iş rejiminin yüksək səviyyədə saxlanılmasını təşkil edir;
- Dövlətstatkomun veb səhifəsini inkişaf etdirir və müvafiq normativ-hüquqi aktlardan irəli gələn vəzifələri yerinə yetirir, informasiya açıqlığını təmin edir.
un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim