Yusifov Yusif Xasay oğlu - Sədrin müavini, Kollegiyanın üzvü

Telefon: | 377-10-70 (33-62) |
E-poçt: | yusif.yusifov@stat.gov.az |
Qəbül günləri: | Çərşənbə axşamı saat 1600 - 1800 |
1975-ci il dekabr ayının 26-da Samux rayonunun Salahlı kəndində anadan olmuşdur. Azərbaycan Dövlət İqtisad Universitetini və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişdir. İqtisad üzrə fəlsəfə doktorudur. 1998-2012-ci illərdə Dövlət Statistika Komitəsində aparıcı iqtisadçı, baş iqtisadçı, sektor müdiri, şöbə müdiri vəzifələrində işləmişdir. 2013-cü il 16 yanvar tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dövlət Statistika Komitəsi sədrinin müavini təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyun tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir. Evlidir, iki övladı var. |