logo
2019-cu ilin yanvar-iyul aylarında ölkənin xarici ticarət dövriyyəsi 19932,8 milyon ABŞ dolları təşkil etmişdir. 2019-cu ilin yanvar-avqust aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir. 2019-cu ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri 24,2 milyard manata bərabər olmuşdur. 2019-cu ilin yanvar-avqust aylarında sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 15,2 faiz artmışdır. 2019-cu ilin yanvar-avqust aylarında əsas kapitala 8627,2 milyon manat vəsait yönəldilmişdir. 2019-cu ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 587,7 manat olmuşdur. 2019-cu ilin yanvar-avqust aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2,6 faiz bahalaşmışdır. Ölkə əhalisinin sayı 2019-cu il iyul ayının 1-i vəziyyətinə 10019575 nəfərə çatmışdır. 2019-cu ilin yanvar-iyul aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2,7 faiz bahalaşmışdır. 2019-cu ilin yanvar-iyun aylarında orta aylıq nominal əməkhaqqı 585,2 manat olmuşdur. 2019-cu ilin yanvar-iyun aylarında ölkənin avtomobil yollarında 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,0 faiz çox yol-nəqliyyat hadisəsi baş vermişdir. 2019-cu ilin yanvar-iyun aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 25141,6 min ton, yük dövriyyəsi isə 5301,0 milyon ton-km olmuşdur. 2019-cu il avqust ayının 5-nə olan məlumata əsasən respublikanın 22 rayonunda və Naxçıvan Muxtar Respublikasında dənlilərin və dənli paxlalı (qarğıdalısız) bitkilərin biçini tam başa çatmışdır. 2019-cu ilin yanvar-iyun aylarında Azərbaycana 1410,7 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.

Əliyev Qasım Fərhad oğlu - Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsi

Şöbə müdiri
Telefon: 539-81-04
Faks: 539-81-04
E-poçt: gasima@azstat.org
1976-cı il mart ayının 20-də Bakı şəhərində anadan olmuşdur. 1997-ci ildə Azərbaycan Kooperasiya İnstitutunun bakalavr pilləsini, 1999-cu ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 1998-2015-ci illərdə Dövlət Statistika Komitəsində aparıcı iqtisadçı, baş məsləhətçi, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində işləmişdir.
2016-cı ildən Dövlət Statistika Komitəsinin Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinin müdiridir.
Dövlət qulluğunun müşaviridir. Evlidir, iki övladı var.
Şöbənin fəaliyyət istiqaməti:
- Dövlət Statistika Komitəsinin fəaliyyət istiqamətləri, strateji təhlil və planlaşdırma üzrə işlərin, o cümlədən strateji layihələrin planlaşdırılması mərhələsində müvafiq tədbirlərin həyata keçirilməsi;
- ölkə iqtisadiyyatında uçot və rəsmi statistika hesabatı məsələləri üzrə metodoloji və təşkilati işlərin, o cümlədən yerli statistika orqanlarının işinin təşkil edilməsi;
- statistik vahidlərin Dövlət reyestrinin yaradılması, aparılması və ondan istifadə olunması, bu sahədə metodiki və təşkilati göstərişlərin, sahə şöbələrinin təkliflərinə uyğun olaraq statistik müayinələrin keçirilməsi üçün müşahidə obyektlərinin müəyyən edilməsi məqsədilə seçmənin aparılmasının təmin edilməsi;
- qanunvericiliklə nəzərdə tutulmuş qaydada və beynəlxalq hüquq normalarına uyğun olaraq, verilmiş səlahiyyətlər çərçivəsində digər dövlətlərin statistika xidmətləri ilə statistika sahəsində əməkdaşlığın həyata keçirilməsi;
- Azərbaycan Respublikasının qanunvericiliyi ilə və Komitənin rəhbərliyi tərəfindən həvalə olunmuş digər istiqamətlər üzrə fəaliyyətin yerinə yetirilməsi.
un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim