AZ    EN
logo
2020-ci ilin yanvar-avqust aylarında ölkədə 3,0 faiz az ümumi daxili məhsul istehsal olunmuşdur. 2020-ci ilin yanvar-avqust aylarında əsas kapitala 8682,4 milyon manat vəsait yönəldilmişdir. 2020-ci ilin yanvar-avqust aylarında 24,7 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. 2020-ci ilin yanvar-iyul aylarında orta aylıq nominal əməkhaqqı 715,4 manat olmuşdur. 2020-ci ilin yanvar-iyul aylarında ölkənin xarici ticarət dövriyyəsi 13777,6 milyon ABŞ dolları təşkil etmişdir. 2020-ci ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 24,6 milyard manatlıq məhsul satılmışdır. 2020-ci ilin yanvar-avqust aylarında istehlak qiymətləri indeksi 102,9 faiz təşkil etmişdir. 2020-ci il avqust ayının 10-na olan operativ məlumata əsasən payızlıq və yazlıq dənli və dənli paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş 968,1 min hektar sahənin 944,4 min hektarı biçilərək məhsulu yığılmışdır. 2020-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 167 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişdir 2020-ci ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 720,0 manat olmuşdur 2020-ci ilin yanvar-iyun aylarında Azərbaycana dünyanın 152 ölkəsindən 590,1 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. 2020-ci il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 29,4 min nəfər olmuşdur. Hörmətli vətəndaşlar! Məlumat üçün bildiririk ki, koronavirus infeksiyası ilə əlaqədar Dövlət Statistika Komitəsində vətəndaş müraciətlərinin qəbulu yalnız elektron formada (sc@stat.gov.az) və telefon vasitəsilə (+99412-539-82-39) həyata keçirilir.

Quliyev Fərid Yusif oğlu – Beynəlxalq əlaqələr şöbəsi

Şöbə müdiri
Telefon: 539-80-50
E-poçt: farid.guliyev@stat.gov.az
1982-ci il sentyabr ayının 19-u Bakı şəhərində anadan olmuşdur. 2003-cü ildə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr, 2005-ci ildə isə həmin fakültənin magistr pilləsini, 2013-cü ildə Koreya İnkişaf İnstitutunun İnkişaf siyasəti üzrə magistr pilləsini bitirmişdir. Tarix üzrə fəlsəfə doktorudur.
Əmək fəaliyyətinə 2006-cı ildən başlamış, 2006-2011-ci illərdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsində sədrin köməkçisi, Amerika və Qərbi Avropa Ərazi Şöbəsində məsləhətçi, Gənclərlə iş şöbəsində aparıcı məsləhətçi vəzifələrində çalışmışdır. 2011-2013-cü illərdə Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyində Yanacaq və enerji resursları şöbəsində məsləhətçi, 2013-2014-cü illərdə Azərbaycan Respublikası Hesablama Palatasının Beynəlxalq əlaqələr şöbəsində baş məsləhətçi, 2014-2015-ci illərdə “İlçin İ” şirkətində direktor müavini vəzifələrində işləmişdir.
2016-cı ilin yanvar ayından Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiridir. 1-ci dərəcə dövlət qulluqçusudur.
Evlidir, iki övladı var.
Şöbənin fəaliyyət istiqaməti:
- Müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada, Komitənin xarici dövlətlərdə uyğun funksiyaları həyata keçirən orqanlarla və onları birləşdirən beynəlxalq qurumlar, digər beynəlxalq təşkilatlar ilə əlaqələrin qurulmasını və onlarla əməkdaşlığı təmin etmək;
- Statistika sahəsində əməkdaşlığa dair beynəlxalq müqavilələrin hazırlanmasında iştirak etmək, Komitənin səlahiyyətlərinə aid olan məsələlərə dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr üzrə götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək və bu sahədə görülən işləri əlaqələndirmək;
- Qanunvericiliklə nəzərdə tutulmuş qaydada və beynəlxalq hüquq normalarına uyğun olaraq, verilmiş səlahiyyətlər çərçivəsində digər dövlətlərin statistika xidmətləri və beynəlxalq statistika təşkilatları ilə statistika sahəsində əməkdaşlığı həyata keçirmək;
- Azərbaycan Respublikasının qanunvericiliyi və Komitənin rəhbərliyi tərəfindən həvalə olunmuş digər istiqamətlərdə fəaliyyəti yerinə yetirmək.
un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim