AZ    EN
logo
2020-ci ildə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 40,2 milyard manatlıq qeyri-ərzaq malları satılmışdır. 2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 183 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 108 ölkəyə məhsul ixrac olunmuş, 175 ölkədən idxal olunmuşdur. 2020-ci ildə ölkədə 72432,2 milyon manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur. 2020-ci ildə Azərbaycana dünyanın 155 ölkəsindən 795,7 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. 2020-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 703,5 manat olmuşdur. 2020-ci ilin yanvar-noyabr aylarında 33,7 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. 2020-ci ilin yanvar-noyabr aylarında əsas kapitala 12716,6 milyon manat məbləğində vəsait yönəldilmişdir. 2020-ci ilin yanvar-noyabr aylarında istehlak qiymətləri indeksi 102,8 faiz təşkil etmişdir. 2020-ci ilin yanvar-sentyabr aylarında ölkədə 1145 yol-nəqliyyat hadisəsi baş vermişdir. 2020-ci ilin yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 29865,6 min ton olmuşdur. 2020-ci il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 29,4 min nəfər olmuşdur. Hörmətli vətəndaşlar! Məlumat üçün bildiririk ki, koronavirus infeksiyası ilə əlaqədar Dövlət Statistika Komitəsində vətəndaş müraciətlərinin qəbulu yalnız elektron formada (sc@stat.gov.az) və telefon vasitəsilə (+99412-539-82-39) həyata keçirilir.

Paşa Yaşar Əhməd oğlu - Həyat keyfiyyətinin statistikası şöbəsi

Şöbə müdiri
Telefon: 538-52-80
E-poçt: yashar.pasha@stat.gov.az
1962-ci dekabr ayının 17-də Ermənistan SSR Krasnoselsk rayonunun Ardanış kəndində anadan olmuşdur. 1984-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu bitirmişdir.
1984-1999-cu illərdə Dövlətstatkomda iqtisadçı, böyük iqtisadçı, aparıcı iqtisadçı, baş iqtisadçı, idarə rəisinin müavini vəzifələrində işləmişdir.
1999-cu ildən Dövlətstatkomun Əhalinin həyat səviyyəsi və ev təsərrüfatlarının tədqiqatı statistikası şöbəsinin müdiridir. 2016-cı ildən Həyat keyfiyyətinin statistikası şöbəsinin müdiridir. Dövlət qulluğunun müşaviridir. Evlidir, iki övladı var.
Şöbənin fəaliyyət istiqaməti:
-seçmə şəbəkəsi əsasında ev təsərrüfatlarının tədqiqatı sahəsində rəsmi statistikanın həyata keçirilməsini təmin etmək;
-statistik müşahidələr üzrə məlumatların vaxtında toplanmasını və onların ölkədə baş verən sosial-iqtisadi proseslərə uyğunluğunu təmin etmək;
-sahə üzrə regionların sosial-iqtisadi inkişafını xarakterizə edən göstəriciləri hazırlayıb aidiyyəti qurumlara çatdırmaq.
un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim