AZ    EN
logo

Paşa Yaşar Əhməd oğlu - Həyat keyfiyyətinin statistikası şöbəsi

Şöbə müdiri
Telefon: 538-52-80
E-poçt: yashar.pasha@stat.gov.az
1962-ci dekabr ayının 17-də Ermənistan SSR Krasnoselsk rayonunun Ardanış kəndində anadan olmuşdur. 1984-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu fərqlənmə ilə bitirmişdir.
1984-1999-cu illərdə Dövlətstatkomda iqtisadçı, böyük iqtisadçı, aparıcı iqtisadçı, baş iqtisadçı, idarə rəisinin müavini vəzifələrində işləmişdir.
1999-cu ildən Dövlətstatkomun Əhalinin həyat səviyyəsi və ev təsərrüfatlarının tədqiqatı statistikası şöbəsinin müdiridir. 2016-cı ildən Həyat keyfiyyətinin statistikası şöbəsinin müdiridir. Dövlət qulluğunun müşaviridir. Azərbaycan Respublikası Prezidentinin 2016-ci il 22 iyun tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir. Evlidir, iki övladı var.
Şöbənin fəaliyyət istiqaməti:
-seçmə şəbəkəsi əsasında ev təsərrüfatlarının tədqiqatı sahəsində rəsmi statistikanın həyata keçirilməsini təmin etmək;
-statistik müşahidələr üzrə məlumatların vaxtında toplanmasını və onların ölkədə baş verən sosial-iqtisadi proseslərə uyğunluğunu təmin etmək;
-sahə üzrə regionların sosial-iqtisadi inkişafını xarakterizə edən göstəriciləri hazırlayıb aidiyyəti qurumlara çatdırmaq.
un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim