AZ    EN
logo
2020-ci ilin yanvar-aprel aylarında ölkənin xarici ticarət dövriyyəsi 8180,5 milyon ABŞ dolları təşkil etmişdir. 2020-ci il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 29,4 min nəfər olmuşdur. 2020-ci ilin yanvar-may aylarında ölkədə 1,7 faiz az ümumi daxili məhsul istehsal olunmuşdur. 2020-ci ilin yanvar-may aylarında əsas kapitala 4907,6 milyon manat məbləğində vəsait yönəldilmişdir. 2020-ci ilin yanvar-may aylarında 0,4 faiz çox sənaye məhsulu istehsal edilmişdir. 2020-ci ilin yanvar-aprel aylarında orta aylıq nominal əməkhaqqı 736,2 manat olmuşdur. 2020-ci ilin yanvar-may aylarında istehlak qiymətləri indeksi 102,9 faiz təşkil etmişdir. 2020-ci ilin yanvar-mart aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 12526,0 min ton olmuşdur 2020-ci ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində əhaliyə 11516,1 milyon manatlıq məhsul satılmışdır. 2020-ci ilin yanvar-aprel aylarında sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 16,8 faiz artmışdır. 2020-ci ilin yanvar-mart aylarında Azərbaycana 519,3 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. 2020-ci il martın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1641,5 min nəfər olmuşdur 2019-cu ildə atmosfer havasına atılmış çirkləndirici maddələrin 84,2 faizi avtomobillərdən atılan tullantıların payına düşmüşdür. Hörmətli vətəndaşlar! Məlumat üçün bildiririk ki, koronavirus infeksiyası ilə əlaqədar Dövlət Statistika Komitəsində vətəndaş müraciətlərinin qəbulu yalnız elektron formada (sc@stat.gov.az) və telefon vasitəsilə (+99412-539-82-39) həyata keçirilir. 2019-cu ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində əvvəlki illə müqayisədə yük daşınmasında 0,2 faiz artım müşahidə edilmişdir. 2020-ci il yanvar ayının 1-i vəziyyətinə ölkə əhalisinin sayı 10067108 nəfərə çatmışdır.

Hüseynov Arif Paşa oğlu - İnsan resursları və hüquq şöbəsi

Şöbə müdiri
Telefon: 538-90-52
E-poçt: arif.huseynov@stat.gov.az
1956-cı il mart ayınnn 4-də Bakı şəhərində anadan olmuşdur. 1983-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir. 1973-cü ildən 1979-cu ilədək müxtəlif təşkilatlarda işləmişdir.
1983-cü ildən 1996-cı ilədək Dövlət Statistika Komitəsində iqtisadçı, aparıcı iqtisadçı, baş iqtisadçı vəzifələrində işləmişdir.
1996-ci ildən Dövlətstatkomun İnsan resursları və hüquq şöbəsinin müdiridir. Dövlət qulluğunun müşaviridir. Evlidir, iki övladı var.
Şöbənin fəaliyyət istiqaməti:
-Dövlət Statistika Komitəsinin Aparatında, onun strukrur bölmələrində, yerli statistika orqanlarında və tabeliyində olan idarə, müəssisə və təşkilatlarda kadrlarla işin təşkilini və ona nəzarəti təmin edir.
-Dövlət Statistika Komitəsi sistemində kadrların seçilib yerləşdirilməsinə və onların ixtisasının artırılmasına nəzarət edir və bu sahədə əməli tədbirlər həyata keçirir;
-dövlət statistika orqanlarında kadrlara olan təlabatı müəyyən edir.
un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim