|
1983-cü ildə anadan olub.
2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr, 2009-cu ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib.
2004-2005-ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olub.
2007-2010-cu illərdə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsində, 2010-2019-cu illərdə isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borcunun İdarə Edilməsi Agentliyində baş məsləhətçi, sektor müdiri və digər vəzifələrdə çalışıb.
2019-cu ildə Azərbaycan Respublikası Vergilər Nazirliyində fəaliyyət göstərib.
2019-2024-cü illərdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyində müxtəlif rəhbər vəzifələrdə, o cümlədən şöbə müdiri vəzifəsində çalışıb.
2024-cü il 19 avqust tarixindən 13 aprel 2026-cı il tarixinədək Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktor müavini vəzifəsində işləyib.
14 aprel 2026-cı ildən 24 avqust 2026-cı il tarixinədək Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müşaviri vəzifəsində çalışıb.
24 avqust 2026-cı ildə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Aparat rəhbəri vəzifəsinə təyin edilib.
2019-2020-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində müəllim kimi fəaliyyət göstərib.
Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2025-ci il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
|