logo


AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
S Ə R Ə N C A M I

"2008-2012-ci illərdə Azərbaycan Respublikasında
rəsmi statistikanın təkmilləşdirilməsinə dair Dövlət Proqramı"nın
təsdiq edilməsi haqqında

  • Azərbaycan Respublikasının dinamik sosial-iqtisadi inkişafını, cəmiyyətin bütün sahələrində baş verən dəyişiklikləri əks etdirən milli statistik göstəricilər sisteminin dünya standartları səviyyəsinə çatdırılmasını, ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına daha sıx inteqrasiyasını səciyyələndirən yeni statistik məlumatların əldə edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
  1. "2008-2012-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın təkmilləşdirilməsinə dair Dövlət Proqramı" təsdiq edilsin (əlavə olunur).
  2. Dövlət Proqramının həyata keçirilməsinə rəhbərlik və tədbirlərin icrası zamanı müvafiq təşkilatlarla işlərin əlaqələndirilməsi Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə həvalə edilsin.
  3. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi bu Sərəncamın 1-ci bəndi ilə təsdiq edilən Dövlət Proqramının icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
  4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, növbəti illərdə dövlət büdcəsinin layihələri tərtib edilərkən bu Sərəncamın 1-ci bəndi ilə təsdiq edilən Dövlət Proqramında nəzərdə tutulan müvafiq tədbirlərin həyata keçirilməsi üçün lazım olan vəsaitin ayrılmasını təmin etsin.
  5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
  6. Bu Sərəncam dərc olunduğu gündən qüvvəyə minir.

Bakı şəhəri, 26 dekabr 2007-ci il
№ 2583
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
 
"2008-2012-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın təkmilləşdirilməsinə dair Dövlət Proqramı" (PDF: 425 KB)

© 2019 Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi