Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
İstehlak bazarı haqqında
2010-cu ilin yanvar-iyul ayları ərzində əhali istehlak bazarından 7,3 milyard manatlıq istehlak malları almış və 2,4 milyard manatlıq pullu xidmətlərdən istifadə etmişdir. Ötən ilin yeddi ayına nisbətən pərakəndə əmtəə dövriyyəsi 8,4 faiz, o cümlədən ərzaq məhsullarının satışı 7,5 faiz, qeyri-ərzaq mallarının satışı 11,3 faiz, pullu xidmətlərin həcmi 10,3 faiz artmışdır.