İstehlak bazarı haqqında

08.06.2010

2010-cu ilin yanvar-may ayları ərzində əhali istehlak bazarından 5,2 milyard manatlıq istehlak malları almış və 1,6 milyard manatlıq pullu xidmətlərdən istifadə etmişdir. Keçən ilin yanvar-may ayları ilə müqayisədə əmtəə dövriyyəsi 8,1 faiz, o cümlədən ərzaq məhsullarının satışı 7,3 faiz, qeyri-ərzaq mallarının satışı 11,0 faiz, pullu xidmətlərin həcmi 10,4 faiz artmışdır.