Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Xarici ticarət əlaqələri haqqında
2026-cı ilin yanvar-may aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 170 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 117 ölkəyə məhsul ixrac olunub, 153 ölkədən idxal olunub. 2026-cı ilin yanvar-may aylarında xarici ticarət dövriyyəsi 22164,6 milyon ABŞ dolları təşkil edib və 8528,0 milyon dollar məbləğində müsbət ticarət saldosu yaranıb. 2025-ci ilin yanvar-may ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi nominal ifadədə 9,5 faiz artıb, real ifadədə isə 12,6 faiz azalıb.

