Dövlət Statistika Komitəsinin rəhbərliyi və kollektivi Bakıda Zəfər parkını ziyarət ediblər

27.09.2025, 15:23

27 Sentyabr - Anım Günü ilə əlaqədar Dövlət Statistika Komitəsinin rəhbərliyi və kollektivi Bakıda Zəfər parkını ziyarət ediblər.

Xatirə daşının önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub.