Dövlət Statistika Komitəsinin bir qrup əməkdaşı Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edib

22.11.2023, 12:04

2023-cü il noyabr ayının 15-də Dövlət Statistika Komitəsinin 19 nəfər əməkdaşı Bakı Ekspo Mərkəzində keçirilmiş Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 9-cu Bakı Beynəlxalq Kitab sərgisində iştirak etmişdir.

“Heydər Əliyev İli" çərçivəsində baş tutan bu gəzintinin əsas məqsədi gənclərimizə dahi şəxsiyyət Heydər Əliyevin ömür yolunu, siyasətini daha çox aşılamaq və xatırlatmaq olmuşdur. Sərgidə əməkdaşlar gənc yazarların ulu öndər ilə bağlı fikirlərinin əks olunduğu kitablarla tanış olmuşlar.