Pərakəndə ticarət dövriyyəsi haqqında

15.10.2021, 10:31

2021-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 30350,1 milyon manatlıq, o cümlədən 16406,3 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 13943,8 milyon manatlıq qeyri-ərzaq malları satılmışdır. 2020-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,4 faiz, qeyri-ərzaq malları üzrə 3,3 faiz artmışdır.

Hesabat dövründə əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:

Məhsul qruplarının adları Satışdan gəlir, milyon manatla

2020-ci ilin yanvar-sentyabr aylarına nisbətən, faizlə

Pərakəndə ticarət dövriyyəsi 30 350,1 102,8
o cümlədən:
ərzaq məhsulları 14 859,5 102,6
içkilər və tütün məmulatları 1 546,8 100,5
toxuculuq məhsulları, geyim və ayaqqabılar 4 561,1 101,1
elektrik malları və mebellər 1 663,1 102,0
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları 277,7 122,0
əczaçılıq məhsulları və tibbi ləvazimatlar 682,0 136,1
avtomobil benzini və dizel yanacağı 1 820,6 103,1
digər qeyri-ərzaq malları 4 939,3 101,4

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 49,0 faizi ərzaq məhsullarının, 5,1 faizi içkilər və tütün məmulatlarının, 15,0 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,0 faizi avtomobil benzini və dizel yanacağının, 5,5 faizi elektrik malları və mebellərin, 2,2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,9 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,3 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.

2021-ci ilin yanvar-sentyabr aylarında istehlak mallarının dəyər ifadəsində 27,4 faizi ticarət müəssisələri, 49,1 faizi fərdi sahibkarlar tərəfindən, 23,5 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2020-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 22,5 faiz artmış, fərdi sahibkarlar üzrə 2,7 faiz, bazar və yarmarkalarda 3,9 faiz azalmışdır.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 336,8 manatlıq, o cümlədən 182,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 154,7 manatlıq qeyri-ərzaq malları almışdır.  

Əlaqə telefonu: 377 10 70 (22-60)