2021-ci ilin yanvar-iyun aylarında təbii qazın paylanması haqqında

19.08.2021, 12:00

Cari ilin əvvəlinə olan ehtiyatlar da nəzərə alınmaqla 2021-ci ilin yanvar-iyun  aylarında ölkədə əmtəəlik təbii qaz ehtiyatlarının həcmi 17409,9 milyon kub metr təşkil etmişdir. Ehtiyatların 86,1 faizi hasilatın, 13,9 faizi qalığın hesabına formalaşmışdır. Təbii qazın  35,8 faizi istehlak, 51,7 faizi ixrac olunmuş, 2,8 faizi itkiyə getmiş, 9,7 faizi isə iyul ayının əvvəlinə ehtiyat kimi qalmışdır.

Ölkə daxilində istehlak edilmiş təbii qazın 62,2 faizi istehsal ehtiyaclarına sərf edilmiş, 37,8 faizi isə əhaliyə satılmışdır.

2021-ci ilin yanvar-iyun aylarında 8992,2 milyon kub metr və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 35,1 faiz çox təbii qaz ixrac edilmişdir.

Əhali tərəfindən 2360,3 milyon kub metr və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,7 faiz çox təbii qaz istehlak edilmiş, onun 37,2 faizi Bakı şəhərinin,  3,5 faizi Naxçıvan Muxtar Respublikasının, 10,7 faizi Abşeron-Xızı, 6,1 faizi Mərkəzi Aran, 6,0 faizi Gəncə-Daşkəsən, 6,0 faizi Lənkəran-Astara, 5,9 faizi Qazax-Tovuz, 5,0 faizi Şəki-Zaqatala, 4,9 faizi Quba-Xaçmaz, 4,6 faizi Qarabağ, 3,9 faizi Mil-Muğan, 3,8 faizi  Şirvan-Salyan, 2,4 faizi isə Dağlıq Şirvan  iqtisadi rayonlarının payına düşmüşdür.

Əlaqə telefonu 377-10-70 (22-14)